[Billboard] BTS Rap Monster “Love Yourself ‘Her”in arxasındakı konsepti izah edir: “2-ci fəslimizin başlanğıcıdır”

“Go Go” mahnısının mənasından tutmuş qrupun niyə BBMAdakı qalibiyyətləri ilə niyə qürurlanmalı olduqlarına qədər hər şeyi BTS Rap Monster izah edir.

 

BTS “Love Yourself: Her” çıxmazdan bir neçə saat əvvəl albomun əhəmiyyəti qrup lideri Rap Monster üçün bir başqa idi.

 

23 yaşlı repper,sözyazarı və prodüser Seuldan telefon danışığında Billboarda: “Bu çox böyük bir addımdır bizim üçün”-dedi və əlavə etdi: ” Əlbəttə,hər üzv albomla bağlı çox həyəcanlıdır. İndiyə qədər gecə-gündüz  mükəmməl performans və bu yeni mahnıları görtərmək üçün sadəcə məşq edirik. Keçən gün məşqlərimizi bitirdikdən sonra fankafemizdə “Bu mini albom BTS üçün dönüş nöqtəsi olacaq” deyə bir mesaj yazdım. Gözləmək uzun çəksə də,məncə, ən böyük tədbir maydakı BBMA idi.–çox şey baş verdi”

Bu gözləniş qrupun məşhur pərəstişkarları, 2017 Billboard Musiqi Mükafatalarında Justin Bieber, Ariana Grande, Selena Gomez və Shawn Mendes kimi məşhur pop sənətçiləri arasında  “Top Sosial Sənətçi” mükafatı üçün BTSə səs verən,Rap Monster, Jimin,Suga,Jhope,Jin,V və Jungkookdan yeni mahnılar gözləyən ARMYlərə məxsusdur.

Bundan sonra BTSin Amazon və Amerikaya-əsaslanan The Orchard ilə  çatdırılma müqavilələri imzaladı.( “Fiziki albomun hələ də sayıldığını inanıram və bütün dünyadakı fanlarımızla əlaqə qurmağımız üçün çox vacibdir”– Rap Monster dedi) Eyni zamanda dünya qrafiklərdə ön sıralarda olan Major Lazer, Halsey, Charli XCX kimi sənətçilərlə görüşüblər. (“Bəlkə,bu 6-cı hissimdir,amma məncə,bir gün daha da maraqlı sənətçilərlə əməkdaşlıq edə biləcəyik”-əlavə etdi) Hətta  “Love Yourself: Her” albomu üçün minus yaratmaq məqsədilə The Chainsmokers ilə bir yerdə oldular.

Gələcək həftə Billboard 200 qrafikində bir partlayışa səbəb olacaqmış kimi görününən, çox güclü şəkildə hazırlanan alboma qulaq asmaq lazımdır– həmin sevda güclü mahnı “DNA”dan, sosial şərhləri özündə cəmləyən “Go,Go” mahnısından və sanki üzvlərin şəxsi gündəliklərindən çıxmış sözlər və anlardan hiss edilir. Həmçinin bu mahnılar haqqında danışarkən Rap Monsterın səsində çoxlu istək hiss olunurdu,sanki beynində qrupunun irəli fikirləşilən EDM,hip hop və pop mahnılarındakı mesajı və böyük rəsmi gözünün qabağında canlandırırdı.

Billboardın Rap Monsterla “Love Yourself Her”ın dərin analizi ilə tanış olun~

Gəlin,ilk “Serendipity” ilə başlayaq.Nə üçün bu mahnı giriş mahnı kimi yeni era üçün ən yaxşı seçim idi?

RM: “Serendipity”in sözləri,melodiyası və ilk teması üzərində işləyəndə kaliko (3 rəngli) pişik,insanların həyatında qeyri-adi mənalara sahib şeylər kimi həyatda nadirən tapılan, xüsusi bir şey gətirməyə çalışdım. Bu anı paylaşmaq istədim.

Mahnı sözlərini oxuduğumda xüsusi bir cins qeydə alınmadığını gördüm, bu da güclü bir şeydir,məncə. Təsadüfi bir qərar idi?

RM: Mahnı sözləri həyatda olan nadir və xüsusi olan şeylərə əsaslanır. Buna görə bu hisslərin cins,mədəniyyət və insanlar arasındakı sərhədi aşdığını hiss edirəm. Biz həmişə mahnı yayımlanmamışdan əvvəl giriş mahnısını yayımlayırıq, giriş mahnı bu albomun konseptini izah etmək üçün çıxarılır. Ancaq “Serendipity”  tamamilə əsas mahnımız olan “DNA” üçün düzgün seçim idi. Əsas mahnı kainatda DNAlarımızın necə bağlandığı haqqındadır, mənə görə bu mahnı albom üçün düzgün hissləri aşılayır.

“DNA” haqqında danışaq. Bu mahnı BTSin hekayəsini necə irəli aparır və davam etdirir?

RM: Əsas mahnımıza gəldikdə “DNA” gənc və istək dolu sevgini ifadə edir. Sözlər belədir: “Biz 2miz talelərimiz sayəsində başlanğıcdan birləşdik. DNAlarımız təkdir.” Eyni zamanda “DNA” BTSi yeni bir tərəfə aparır. Yeni perspektivlər tətbiq etməyə çalışdıq — Əgər mahnıya qulaq assanız,nə deməyə çalışdığımı başa düşəcəksiniz–Əvvəlki musiqilərimizdən həm teknik,həm də musiqi cəhətdən çox fərqlidir. Karyeramızın 2-ci fəslinə dönüş, yeni fəslimizin başlanğıcı olacağını fikirləşirəm.

“Best of me” çox təsirli mahnıdır. The Chainsmokersin musiqiləri kimi səslənir,amma BTS də hiss olunur. Yeni sənətçilərlə əməkdaşlıq edərkən özünüzü itirməmisiniz. Proses necə getdi?

RM:  Bu mahnını sevirəm! Onlarla BBMAda qarşılaşdıq,çox şanslı idik. Əslində keçən gün bizi konsertlərinə dəvət etdilər. Seulda böyük konsertləri vardı və birlikdə “Closer” oxuduq. “Best of me” üçün aylar əvvəl bizə bir neçə minus və nümunələr vermişdilər, biz produserlərimizlə birlikdə “Yaxşı,bu növbəti albomumuza uyğundur” deyib birin seçdik.Beləliklə,üzərində işlədik və onlara göndərdik. Düzlətdiyimiz musiqi haqqında fikirlərini soruşduq. Və tamamladıq~ Bunun üçün çox həyəcanlıyam. (gülür)

Albomlarınızda hər zaman dərin sosial və cəmiyyət problemləri ilə bağlı şərhlər öz əksini tapır. Burda işıqlandırılan mövzulardan bir neçəsi haqqında danışaq. İlk ağla dərhal “Go,Go” gəlir.

RM: “Go,Go” trend olan bir mahnıdır,amma bu mahnı günümüzün gənc nəslinin sahib olduğu aşağı səviyyəli ümidlər və standartlarla həyatlarını necə yaşamasından bəhs edir,buna görə reallığa görə pərişan olurlar. Çox az ümidləri var və maddi çətinlikləri çoxdur. Bu haqda bir şeylər demək istədik və dünyaya bütün bunların onların günahı olmadığını,yalnız insanları gələcək yoxmuş kimi pul xərcləyib yaşamağa məcbur edən zalım həqiqətin olduğunu vurğulamaq istədik.

Koreyada “YOLO” (sadəcə bir dəfə yaşayırsan) gənclər arasında böyük bir açar sözə çevrildi,çünki pulumuz yoxdur və çox pul qazanmaq üçün bir şans əldə etmək də çox çətindir. Məncə,cəmiyyətin gənclər üçün çoxlu problemi var. Gənclər oyun mərkəzlərində maşınlara pulların xərcləyir, həmin oyuncaqları qazanmaq üçün 30 dolların xərcləyir,amma daha sonra “Oh! bütün pulumu xərclədim..lənətə gəlsin,amma təəssüflənmirəm” deyir.  Bu,koreyalı gənclər üçün böyük dəbdəbə sayılır: aksesualar, kosmetik vasitələri yığmaq. Onların dəbdəbə dedikləri şey budur. Bu, onlar üçün “YOLO”dur, çünki “Hamısın alacam! Bütün yeməyi alacam və yeyəcəm! Bunu edəcəm!”-deyirlər. Məncə, edə biləcəklərimizin bunlarla məhdudlaşdırılması çox üzücüdür. “Go,Go”da belə deyilir:” Yaxşı,sadəcə bunu et,təəssüflənməyəcəyik. Sadəcə  oyuncaqv maşınlarında yüzlüklər xərclə və yemək ye!” Amma eyni zamanda bu mahnı birlikdə oxumaq üçün asandır. Məncə,çox insan bu mahnını bəyənəcək, xüsusilə də əsl mənanı tapdıqlarında.

Əlbəttə ki, BBMAdakı qəbul nitqini skit etməyiniz haqqında da danışmalıyıq.

RM: “Mic Drop”a qulaq asmalısınız, çünki skit mənim BBMAdakı nitqimdən ibarətdir–tariximizdən ən böyük an idi–və ondan sonra “Mic Drop”ı yerləşdirmişik. Skitin yanında yerləşdirdik, çünki biraz lovğalıq kimidir– “Yaxşı,biz etdik. Nəsə haqqında fikirləşməyimizə ehtiyac yoxdur artıq” kimi. Bu albomumuz üçün tam düzgün olan skit və onu izləyən mahnı idi.

Sonuncu mahnı “Outro:Her”  mənimlə söhbət edir sanki. Bir gündəliyi oxuyurmuş kimi hiss edirdim. 

RM: Ha! (Gülür)

Sizinlə danışdıqdan sonra bütün albomu yekunlaşdırırmış kimi hiss etdirir və çox açıqlayıcıdır.

RM: Məncə,bu albom üçün etdim ən tez hazır olan işimdir. Bəndi 20 dəqiqə içində bitirdim. Sadəcə biranda qəlbimin dərinliklərindən gəldi. Fikirləşdim ki, bu albomunun son mahnısı üçün düzgün seçimdir,çünki həqiqətən emosiyaların sıralanmasıdır sanki. -Öz hissəmdə:”Həqiqətən sevdiyim insanla qarşılaşdım,bu insan halhazırda həyatımın sevgisidir”-deyirəm. “Çaşıb qalmışdım və sevgini axtarırdım və bu dünya mürəkkəbdir. Amma məncə, sənsən,buna görə səni “O” kimi çağırıram,çünki göz yaşımsan.”, “Məncə,sən başlanğıcım və sonumsan.”  Dediklərim bunlardır: Sən mənim heyrətimsən,amma həm də cavablarımsan, Səni “O” kimi çağırıram,amma hələ də göz yaşısan.

Nəqarət hissə sevginin təkcə xoşbəxtliklə bağlı olmadığını, təkcə əyləncə ilə bağlı olmadığını, zövqlə bağlı olmadığını deyir.Əgər birini sevmək istəyirsənsə,onda göz yaşlarının olacağını və hətta içdən nifrət edilə biləcəyini bilməlisən. Məncə,bir sevgi həqiqətən bunların hamısını əhatə edir. Deməyə çalışdığım bu idi. Mürəkkəbdir.

Və fanlar fiziki albomu alacaq qədər şanslıdırlarsa, 2 gizli mahnıya qulaq asa biləcəklər. Niyə onları gizli etmisiniz?

RM:Məncə,gizli olmalarına səbəb  onları başa düşmək üçün BTSin həqiqi fanı olmağın vacibliyidir.Yoxsa,başa düşməyəcəksiniz. Yoxsa belə fikirləşəcəksiniz: “Niyə belə şeylər haqqında fikirləri qarışıqdır?  Yaxşıdırlar? Bir neçə yerdə NO 1-dirlər Çoxlu heyətlə işləyirlər,niyə narahatdırlar?” İnsanlar həmişə bu haqda danışır. Amma əgər siz BTSin həqiqi fanlarısınızsa,albomu alıb 2 gizli mahnıya qulaq asın– Əgər ARMYsinizsə,2013,2014dən birlikdəyiksə, bizi başa düşə bilərsiniz. Bu daha çox xüsusi,daha çox yaxın və qəlbimizdən gələn bir şeydir…

 

Source: http://www.billboard.com/amp/articles/columns/k-town/7966098/bts-love-yourself-her-album-rap-monster-interview-analysis-meaning

[Dispatch] Əgər Bangtanı BBMAda görmüsünüzsə, mübahisələrin mənası yoxdur~

8 Sentyabr,2017 Dispatch məqaləsinin tərcüməsini təqdim edirik~ Xoş oxumalar~

 

Budur, burası “Magenta Xalı” adlanan qırmızı xalça keçididir.

Billboard Musiqi Mükafatlarının girişidir.

BİLLBOARD. Bu sizin asanlıqla əlaqə qura biləcəyiniz bir şey deyil,çünki elə də adi deyil. Düzünü desək, biz “Dispatch”da buna inana bilmirdik.

” Billboard? Nə üçün? Bu bəyəm mümkündür ki? “

Buna inana bilmədikdə, öz gözlərinlər görmək ən yaxşısıdır. ” Gözlərinlə gördüyünə inanarsan” kimi qədim bir məsəl vardır. Buna görə Las Vegası ziyarət etdim. Keçən may ayı idi.

20170907191137_121702538_39

Gördüklərimi sizə çatdıracam. İlk olaraq, bu mənim qulaqlarımla eşitdiyim bir şeydir. Bir çox söz arasında bir Billboard işçisinin bu sözləri çox təsirli idi.

” BBMA Amerikada ən prestijli mükafat mərasimlərindən biridir. Hər kəsi çağırmırıq və hər kəs bura gələ bilməz”

Bu “Billboardun lovğalığı” sayıla bilər. Lakin onun iftixarı möhtəşəmdir. Dünyadakı hər sənətçinin xəyalı Billboarda daxil olmaqdır… Bu ağlabatan bir şeydir.

Ah, onun cavabı BTSin necə dəvət alması sualını cavablamışdı.

20170907191140_121659048_31

Əlbəttə ki, amerikalılar göstərişli şeylərdə dünyanın ən yaxşılarıdır. Buna görə öz gözlərinizlə şahid olmağınız vacibdir. Magenta xalıya getdiyimizdə onların məşhurluqlarını hiss edə bilərdik,elədir?

20170907214144_batch_160419533.jpg

 

Bu andan etibarən Magenta xalısıdır.

 

20170907191143_121604323_7

 

T-mobile Arena ARMY dünyasıdır~

 

20170907204043_batch_16035414220170907191139_121659487_32

 

BTSi dəstəkləyən müxtəlif fanlar vardı.

 

20170907191130_232434b0eceb6f0a429fb5b67f374012

(Əlində sloqanla) Koreyaca “Çox sağolun” yazıb~

20170907204041_batch_160323536.jpg

(Çox sağolun)

20170907214145_batch_160543237.jpg

Bu həqiqətdir. Mərasimdəki fanların 80% BTSin fanları idi. Vin arxasındakı fanların əksəriyyəti ARMY idi. Onlar bura Billboard üçün yox, BTS üçün gəlmişdi. 

20170907214147_batch_160649817.jpg

Beləliklə,gülərək komputerimə bunu qeyd etdim.

“Billboard BTSi xilas etmədi, BTS Billboardu xilas etdi.”

20170907172719_0000030212_007_20170522093531400

Ayın 7-də BTS gündəmə düşdü. Bighitin qanunsuz marketinqlə məşğul olması ilə bağlı sübutlarının olduğunu deyın və 300 wonluq pul tələb edərək Bighiti şantaj edən bir adamın məsələsi idi. Məhkəmə onu şantaj etdiyi üçün 1 illik həbs etdi. Cəzasının 1 illik həbs olmasının səbəbi müştərinin məxfi məlumatlarından pis niyyətlə istifadə etməsi idi.

20170907210914_batch_160012822.jpg

Bu məsələ guhanı olmayan Billboardu da əhatə etdi. Belə bir sual ortaya çıxdı.

“BTS sözü gedən qanunsuz marketinqə görə bu mükafatı qazandı?”

Bu mümkündür mü? Xeyr, mümkün deyil.

20170907180445_22

İlk olaraq, şantajçı BTS ilə 2015-ci ildə bazarlıq edib (?).

Billboardda əsasən namizədləri 2016 mart-2017 mart tarixlərini əhatə edən zaman çərçivəsində seçirlər. Vaxtlar bir-biri ilə uyğunlaşmır.

Onlar qalibləri album satışları,dijital satışlar,radio yayımları,performanslar və sosial şəbəkələrdəki vəziyyətləri nəzərə alaraq  müəyyən edirlər.

20170907191141_121605055_9

Lakin biz şantajçının necə bir marketinq etdiyini bilmirik. Bunun qanunsuz olduğunu dedi,hakim isə bunun qısayol kimi qiymətləndirdi,daha sonra Bighit izah edərək dedi:

“Bu qısayol bir viral marketinqdir”

Viral marketinq belə bir şeydir. Özün üçün “Bu album çox möhtəşəmdir”, “Sənətçimin etibarlı musiqisi” kimi rəylər yazırsan.

Bu sahədə uzun müddətdir mövcud olan bir marketinq növüdür. Təkcə musiqidə deyil, film və moda sahəsində də istifadə edilir,onlar daha pisdir. Bəzi məşhurlar fərdi viral marketinqdən istifadə edir.

20170907172721_0000030274_002_20170522112532456.png

Bighitin viral marketinqdən necə istifadə etdiyin bilmirəm. Amma Billboardı hər hansı bir marketinq növü ilə ala bilməzlər. Billboardun statistika tərəfdaşı açıqca Nielsendır.

20170907180430_23.png

Ən Sosial Sənətçi 2017`də BTS 1-ci yerdə qərarlaşdı.

Mayın 6-a qədər 100 milyondan çox səs topladılar (səsvermənin bitməsinə 15 gün qalmış). Justin Bieber 13 milyon səs qazanmışdı.

20170907214159_121605738_11

Son nəticə? BTS 300 milyonu keçən səsi topladı, Justin Bieber isə sadəcə 23 milyon qazandı. BTS 10 dəfə daha çox bal qazanmışdı.

20170907204040_batch_160242461.jpg

BTS BBMAda qalib gəldi. Bu, kiçildə biləcəyiniz bir qalibiyyət deyil. Bu,marketinqin köməyi ilə və ya pulla alına biləcək bir nailiyyət deyil.  Bunlar Las Vegasda görüb və hiss etdiklərim idi. Dispatch müxbiri Kim Sujinın hesabatı idi.

 

Bighit Entertainment şirkəti və sənətçilərini əhatə edən şantajla bağlı açıqlama paylaşdı (+ fanların reaksiyası, Xsports Media ilə bağlı olan xəbər və BBMA Top Sosial Sənətçi mükafatı)

~For eng: twitter account- jiminishell~