[Məqalə] 10052017 | PSY, BTS’in Billboarddakı uğurundan danışdı “BTS’in Billboardakı nailiyyəti yaxından izlənilməli.Onlar tərifəlayiq qrupdur”

Koreyalı müğənni PSY, BTS qrupunun qlobal rekordları haqqında öz münasibətini bildirdi.

PSY, 8-ci tam albumu olan “4×2=8” çıxışını qeyd etmək üçün Seul Hotel Grand Ballroom’da mayın 10-da mətbuat iclası keçirib.Mətbuat iclası zamanı PSY, BTS’in  Billboarddakı rekordunu dilə gətirərək:

“Onlar çox tərifəlayiqdirlər.Onları yaxından izləməliyik,məncə.Mən də bənzəri olmayan bir yolla dünya marketinə daxil oldum,amma onlar da unikal bir vəziyyətdədirlər.Məncə,niyyəti olmayan insanlar gözlənilməz nəticələri vaxtaşırı görür”- dedi

PSY, tərifləyərək davam elədi:

“BTS,digər ölkələrdə çox məşhurdur və bilirəm ki,BBMA’da da iştirak edəcəklər.Onları “Daddy” mahnısının təqdimatı zamanı gördüm və  məşqlərini belə həqiqi performans kimi ciddi şəkildə edirdilər və bir anlıq sümükləri çıxacaqmış kimi düşünmüşdüm.”

Onlara məsləhət verməyi unutmadı:

“Onlardan xahiş edəcəyim tək şey budur ki, uzun müddət davam etsin və ya etməsin,artıq bir Asiyalı sənətçi kimi gözalıcı nailiyyətlərə sahiblər və buna görə təzyiq altında olduqlarını fikirləşməsinlər..”

 

ENG sub: http://www.peachisodaworld.com/2017/05/article-170510-psy-btss-billboard.html

[Məqalə] (Oh!A cup of coffee) Bang Shihyuk x BTS “Billboard Mükafatları, mükafatı qazanmaqdan çox o səhnədə olmağı istəyirik” (2-ci hissə)

2012-ci ildə PSY ilk dəfə Billboardı ələ aldığında bütün millət onu dəstəklədi.5 il sonra BTS yeni tarix yazdı.2017 Billboard Musiqi Mükafatlarında ilk Kpop qrupu olaraq, BTS “Top Sosial Media Sənətçi” mükafatı üçün namizəd göstərilmək kimi bir şərəfə layiq görüldü.

Namizədlərin siyahısına sadəcə baxmaqla səviyyəni təxmin edə bilərsiniz.Justin Bieber,Selena Gomez,Ariana Grande və Shawn Mendes namizəd göstərilən ulduzlardır.Fanlar mayın 1-dən səs verməyə başlayacaq və güclü koreyalı və beynalxalq fandom üzvlərinin-ARMYə inanmaqdan başqa edə biləcəyimiz heçnə yoxdur.Hətta Bighit Entertainment rəhbəri Bang Shihyuk ehtiyatlı davranır,amma yenə də böyük gözləntiləri var.

Sual: BTS, BillBoard tərəfindən yüksək şəkildə təriflənən bir qrupdur.Sirri nə ola bilər?

Bang Shihyuk: “Məncə,səbəb budur ki,biz davamlı olaraq musiqi vasitəsilə hekayəmizi ortaya çıxarırıq.KPOP sənətçiləri arasında öz hekayələri haqqında danışan çox deyil.Bunun əksinə Amerikada öz hekayələrini qələmə alan sənətçilər çoxluq təşkil edir.BTS cəsarətlə toxunulması təhlükəli olduğu düşünülən mövzulara toxunub.Məncə,bu, qərb tənqidçilərinə xoş gəldi.Billboard bizim şirkətin reklam edəcək kimi görünə biləcək məqalələr yazır.”Kpop okeanı keçə bilər mi?” başlıqlı son məqalələrini hələ də xatırlayıram.Onlar,həqiqətən,musiqimizdə bugünkü gəncliyin keçirdiyi hissləri ifadə etdiyimiz hekayələri anlayıblar.”

Sual: Görünür,BTS Koreyadan çox xaricdə daha çox tanınır,elədi?

Bang Shihyuk: “Məncə bu düzdür.Lakin məyus olmaqdan çox özümüzü çox yaxşı tanıyırıq.Koreya xəbərlərində yüksək şəkildə tanınırıq,amma düzün desək,doğrudur ki,BTS mahnılarına görə böyüyən bir qrup kimi hesab edilmir,beləliklə,biz məyus deyilik.Amerikanın mədəniyyət və musiqisi üzərindəki meyilliyim güclüdür,çünki mən şəxsən Amerikanın mədəniyyət və musiqisinə baxaraq və dinləyərək  böyümüşəm.Buna görə BTSin musiqisinin bu istiqamətdə olması üçün rəhbərlik edirəm.Lakin BTS musiqidən başqa bir Kpop qrupudur,Koreyaya uyğun olmağa çalışırıq.BTS performans stili Kpop sinxron grup xoreoqrafiyası kimi görünür,amma biz həm də Amerikanın trend performansların birləşdiririk.Məncə bu BTS`in Koreya və xaric tərəfdən niyə sevildiyini izah edir”

0003524215_002_20170424070117130

Sual: Bu ilki BillBoard Mükafatı “Top Sosial Mükafatına” namizəd göstərildi.

Bang Shihyuk: “Biz bunu gözləmirdik. Namizədlər üçün hazırlanan videonu yayınladılar və düz 7 dəq 30-cu saniyədə BTS göründü.Qalib olma şansı? Nah. Əlbəttə,bu mükafatı qazansalar,möhtəşəm olar,amma onların namizəd olması belə məni sevindirdi.Digər namizədlər güclü olduğundan elə də asan olmayacaq,amma bu mükafat fanlar tərəfindən seçilir,beləliklə,məncə, bizim istəkli BTS fanlarına görə biraz ümidim var.Lakin,bu mükafatı qazanmalarından çox, 2 əllə dua edirəm ki,mükafat mərasimində performans sərgiləmək üçün şans əldə eləsinlər.Həmin gün də heç bir planımız yoxdur.Hələki dəvət almamışıq,amma üzvlərimizin böyük ümidləri var və çox həyəcanlıdırlar”

 

Sual: 2013-cü ildə çıxış etdilər və demək olar,4-cü illərin tamamlayırlar.Necə hiss edirsiniz bu haqda?

 

Bang Shihyuk: “Qürur duyuram.Mən çox acgöz və iddialı biriyəm.Əvvəllər heç bir əsas olmadan “Daesang qazanacaq bir sənətçi”, “Ən yaxşı Koreyalı sənətçi” yaratmaq fikrim vardı.Zamanla bu fikrə güldüm və biraz da məyus oldum.Bundan əvvəl BTS buna nail olacaqlarına heç özləri inanmırdılar.Məncə,onlar yalnız “Şirkətimiz əlindən gələni edəcək” deyə düşündülər.Biraz sonra üzvlər buna görə mənim arzularıma bağlı addım atmağa başladılar.Çünki üzvlər öz gözləri ilə nəticələri görüb hiss etməyə başladılar.Düzünü desəm, keçən ilə Daesang qazanmaqları mənim üçün “wow” edəcək bir şey deyildi.Buna görə onların son nailiyyətlərinə inana bilmirəm.Can atdığım Amerikada BTS koreyaca mahnılarına görə sevildi.Onların bu dərəcədə uğur qazanması məni sadəcə heyran etdi.”

 

 

[Məqalə] (Oh!A cup of coffee) #kirliqaşıq #möhtəşəmliyinsirri #BTSantilər Bang Shihyuk tərəfindən ortaya çıxarılır (1-ci hissə)

[Məqalə] (Oh!A cup of coffee) Bang Shihyuk, “Jungkook`un şəxsiyyəti dəyişib,amma Jin dəyişməyib…Bütün BTS üzvləri safdır” (3-cü hissə)