Bighit axır vaxtlar çıxan məsələrlə bağlı açıqlama paylaşdı.

“Salam, Big Hit Entertainment-dir.
Şirkət sənətçimiz BTS ilə bağlı son vaxtlar müxtəlif məsələlər gündəmə gətirilib. Big Hit-in bu məsələlərlə bağlı mövqeyi aşağıdakı kimidir.
1. Son vaxtlar qaldırılan və Big Hit tərəfindən təhlil edilən məsələlər aşağıdakı kimidir.
-Atom bombardmanına aid şəkil yerləşdirilən geyimi geyinən sənətçi ilə bağlı məsələ;
-Koreyada keçirilən bir jurnal çəkilişlərində üzərində faşist (nazi) simvolu olan papaq taxan sənətçi ilə bağlı məsələ;
-Keçmişdə iştirak etdikləri bir performansda faşist dövrünü təmsil edən bayrağı tutduğu iddia edilən sənətçi ilə bağlı məsələ.
2. Big Hit-in yuxarıda adı çəkilən məsələlərlə bağlı mövqeyi aşağıdakı kimidir.
Buna aydınlıq gətirmək istərdik ki, bütün Bighit işçi heyəti və BTS daxil olmaqla bütün sənətçiləri nə müharibəni, nə də atom bombardmanı lazımsız bir şey kimi görmür, bu kimi şeylərə qarşıyıq və atom bombardmanının qurbanlarını incitmək niyyətimiz yoxdur. Belə bir niyyətimiz də olmayacaqdır.
Bunu da aydınlaşdırmaq istərdik ki, bütün Bighit işçi heyəti və BTS daxil olmaqla bütün sənətçiləri nə faşizm cəmiyyətini, nə də bu kimi totalitarizm və ekstremizm ideyalarını təbliğ edən hər hansı bir qrupunu əhəmiyyətsiz qəbul etmirik və bunlara qarşıyıq.Bunun kimi qruplar tərəfindən təsirlənənləri incitmək kimi bir niyyətimiz yoxdur və olmayacaqdır.

3. Yuxarıda qeyd edilən məsələlərlə bağlı üzr istəmək istərdik.
Üzərində atom bombardmanına aid şəkil olan geyimlə ilə bağlı pis bir niyyətimiz yox idi, lakin həmin geyimin atom bombardmanın qurbanlarını incitmək məqsədi olmadan istehsal edilsə də, əvvəlcədən uyğun tədqiqat aparılmadığı üçün buna daxil olanlardan, buna görə atom bombardmanının qurbanı olanları qərəzsiz incidən geyimi geyinən sənətçidən və atom bombardmanı ilə bağlı şəkli gördüyü üçün narahat olanlardan səmimi qəlbdən üzr istəyirik.
Yuxarıda hallandırıldığı kimi keçmiş jurnal çəkilişində faşist simvollu papağı taxan sənətçi ilə bağlı pis bir niyyətimiz yox idi. Həmin gün bütün geyim və akssesuarlar mətbuat şirkəti tərəfindən təmin edilməsinə baxmayaraq, əvvəlcədən uyğun tədqiqat aparılmadığı üçün buna daxil olanlardan, buna görə keçmişdə faşist hərəkatının qurbanı olanları qərəzsiz incidən geyimi geyinən sənətçidən və faşistlərlə bağlı şəkli gördüyü üçün narahat olanlardan səmimi qəlbdən üzr istəyirik.
Lakin yuxarıda sadalanan məsələlərin məsuliyyətini sənətçilərn şirkəti daşıyır və aydın şəkildə vurğulamaq istərdik ki, şirkət sənətçilərinin yuxarıdakı məsələrlə bağlı nə əlaqəsi var, nə də ki bunlara görə məsuliyyət daşıyırlar.

4. Keçmiş performans ilə bağlı aşağıdakı izahatı təqdim etmək istərdik.
Həmin konsert, hansı ki əfsanəvi sənətkar Seok Taiji-nin 2017-ci ildə keçirdiyi sənətdəki ildönümünü qeyd etməsi ilə bağlı konserti idi, məktəb formalı təhsil sistemini tənqid edərək sosial ismarıcı özündən əks etdirən “Classroom İdea” səhnəsinin bir hissəsi kimi həmin səhnə əlavə edilmişdi. İstifadə edilən bayraq və şəkil faşisizmə aidiyyəti olmayan kreativ bir sənət əsəridir və performansın kəsb etdiyi məna “məktəb formasının və totalitar təhsil sisteminin tənqidi” idi.
Bu performansın faşisizmi təqlid etməsi ilə bağlı deyilənlər tamamilə səhvdir və bunun əksinə, məhz o cür totalitar rejimi tənqid etmək üçün hazırlanan yaradıcı elementlərin daxil olduğu bir performans kimi qəbullanmalıdır.
5. Big Hit aşağıdakı məsələləri təkmilləşdirmək üçün əlindən gələnin ən yaxşısını edəcəkdir.
Big Hit-in varlığının səbəbi “musiqi və sənətçiləri vasitəsilə bütün dünyadakı insanları rahatlatmaq və qəlblərinə toxunmağı təmin etmək”-dir. Buna əlavə olaraq, müxtəliflik və tolerantlığın hakim olduğu bir dövrdə yaşadığımız üçün müzakirə edilə biləcək çox şeylər baş verir. Bu, bizim üçün də mübarizə aparıla biləcək və ya rəqabət aparıla biləcək bir şeydir, amma bunu yerinə yetirmək üçün əlimizdən gələnin ən yaxşısını edirik.
Gələcəkdə təkcə bu kimi məsələlərdə deyil, həmçinin müxtəlif sosial, tarixi və mədəni məlumatları başa düşərək Big Hit və şirkət sənətçilərimiz fəaliyyətlərimin daha detallı aspektlərinə diqqətlə baxacaqdır və kimisə incitməmək üçün daha diqqətli olacaqdır.
Bir daha Big Hit-in bu məsələlərə diqqətli baxa bilmədiyi üçün incinən insanlardan səmimi qəlbdən üzr istəyirik.
6. Bu məsələləri həll etmək üçün Big Hit aşağıdakı addımları atacaqdır.
Big Hit bu məsələlərin səbəb olduğu inciklik üçün izahat vermək və üzr istəmək üçün Atom Bombardanı qurbanları üçün yaradılan Yapon və Koreya Assosiasiyaları ilə əlaqə saxlamışdır.
Big Hit bu məsələni ilk qaldıran təşkilat Simon Wiesenthal Center ilə əlaqə saxlamış və bunlara görə incinən insanlara situasiyanı izah etmək və üzr istəmək üçün məktub göndərmişdir.”

 

@doolsetbangtan, @doyou_bangtan, @papercrowns

Original post: https://twitter.com/BigHitEnt/status/1062318258961825792