[Məqalə] (Oh!A cup of coffee) Bang Shihyuk, “Jungkook`un şəxsiyyəti dəyişib,amma Jin dəyişməyib…Bütün BTS üzvləri safdır” (3-cü hissə)

3-cü hissəyə başlamazdan əvvəl deməliyəm ki,2-ci hissəni daha sonra paylaşacağıq.Üzvlər haqqında olan bu hissəni daha tez sizinlə qovuşdurmaq istədik 🙂 Ümid edirik,oxuduğunuz zaman əylənərsiniz..~~

 

2013-cü ilin iyununda,iddialı olan BTS ənənəvi HipHop tərzi ilə çıxış etdilər ki,bu da bir idol üçün çətin sahib olunacaq tərzdir.”Dostum,xəyalın nədir?” deyə sual verən bu 7 oğlan dərhal bir çox yeniyetmə pərəştişkarların qəlbini oğurladı. ” 2 Cool 4 Skool” adlı çıxış albumları 60.000 nüsxə satdı və zaman ötdükcə daha da güclü oldular.

2-ci albumları olan “Skool Luv Affair” ilə 100.000 nüsxə satdılar.Böyüməyə davam edən BTS çıxışlarından sadəcə 1 il 2 ay sonra 2014-cü il 20 avqustda “Dark&Wild” adlı ilk studio albumunu çıxardılar və 2015-ci ilin aprelində çıxarılmış “HYYH pt.1” adlı EP albumun çıxış mahnısı olan “İ Need You” ilə ilk birinciliklərin qazandılar.Layiqli NO.1 sənətçilər kimi böyüyəndən sonra keçən ilin sonu musiqi mərasimlərində Daesanglarını qazandılar.Və indi dünyaya hakim olan Bang Shihyuk`un qürur duyduğu uşaqlarıdır.

0003524214_002_20170424070114089

Sual: İndiki üzvləri necə yığdınız?

Bang Shihyuk: “Düzünü desəm, fərqli musiqilərə qulaq asan insanlardansa, musiqidə seçici olanları üstün tuturam.Gimhae’də Pdogg adlı oğlanın musiqisinə qulaq asdım və dərhal onu Seul’a gətirdim.Çünki hiss etdim ki,çoxlu HipHop tərzli mahnılara qulaq asıb.Onun ətrafındakı HipHop tərzli insanlar Rap Monster’ı tanış etdilər.Hətta mən də onun mahnılarına qulaq asdım və ağlımda onun,həqiqətən,yaxşı olduğunu düşündüm.İçimdə bu oğlanı çıxış etdirməm lazım olduğunu düşündürən bir hiss vardı.Şirkətin idarə heyəti onun idol olmadan məşhur olub böyüməsinin çətin olacağını dedi və mən bir hiphop idol qrupu yaratmağı qərara  aldım.Beləliklə,seçmələr açdıq,burda Suga ilə qarşılaşdım və birlikdə yaşadıkları müddətdə əvvəldən rəqqas olan Hoseok’a (Jhope) hip hop öyrətdik. Biz tədricən üzvləri belə formalaşdırdıq və indiki BTS’in necə yaranması idi.”

 

Sual: Zəhmət olmasa, üzvlərini tərifləyin.

Bang Shihyuk: “Hər bir üzv haqqında danışanda utanıram,amma biz bu səviyyəyə onların musiqiyə olan sevgisinə görə çata bildik.Onların musiqiyə olan sevgisi çox böyükdür.Məncə,bu müğənnilərin vəzifəsidir,elə deyilmi?Onların 7-də çox ağıllıdır.Bir qrup olaraq da ağıllıdırlar.Hər bir üzv qrupdakı vəzifələrini və nə etməli olduqlarını çox yaxşı başa düşür.Birlikdə olan 7 oğlanın arasında necə hər hansı anlaşmazlıq olmaya bilər? Amma onlar ayrılıqda deyil,qrup halında həll etməyə çalışırlar.Onlar tərifəlayiq,saf və çox xoşagələndirlər.Axmaqlar kimi yaxşı deyillər,amma məşhurlar kimi deyillər.BTS Rap Monster,Suga,JHope,Jin,V,Jungkook və Jimin adi hissiyatlı,düşüncəli, yaxşı təbiətə sahib üzvlərdir.Hətta onlarla olanda çox heyrətlənirəm və dəfələrlə onlardan nəsə öyrənirəm.”

 

Sual: Onların şəxsən böyümələrini görmək sizi qürurlandırır?

Bang Shihyuk: “Mən ilk dəfə Rap Monster’ı 9-cu sinifdə olanda görmüşdüm,artıq 7-8 ildir ki,onu tanıyıram.Fanlarının hisslərini bölüşürəm.Çox gənc yaşda stajyerliyə başladı və çıxış elədi, onun stajyerlik dövründən indiyə qədər dəyişən şəxsiyyətinə şahid olmaq çox əyləncəlidir.Düzü, stajyerlik dövründə Jungkook’dan mahnı oxumasını xahiş etdikdə heç oxuya bilmirdi.Utancaq olduğundan 15 dəqiqə donub qalırdı.Heç bir qabiliyyəti olmadığından çıxışı da sual altında olan biri kimi dəyərləndirilirdi. Amma indi o,dəcəl bir üzvə çevrilib,elə deyil mi?Onların şəxsiyyətləri çox dəyişib,amma ın böyükləri olan Jin elə də dəyişməyib.O,çox həssas biridir.Üzvləri saxlayan yaxşı biridir,beləliklə,heç biri sərhədi keçə bilməz.”

Sual: Onların şirkət rəhbəri kimi onlardan nə istəyirsiniz?

Bang Shihyuk: “Musiqi cəhətdən işlərini davam etdirmələrini arzu edirəm.Ümid edirəm ki,musiqi ilə onların işi olduqları üçün deyil, bunu edərkən rahatlandıqları və həqiqətən istədikləri üçün məşğul olacaqlar.Gələcəkdə daha böyüyüb ayrılıqda da bir sənətçi kimi öz musiqiləri edə biləcəklərini ümid edirəm.Düzünü desək,hal-hazırda təkbaşına işləyə bilməyəcək üzvlər var.Onların layiqincə böyüyüb səmimi sözlər yazmağa davam etmələrini istəyirəm.”

0003524214_003_20170424070114098

Sual: Üzvlərlə birlikdə tez-tez içirsiniz?

Bang Shihyuk: “Maknaemiz olan Jungkook’un yetişkin olduğunu qeyd etmək üçün içmişdi,amma tez-tez içmirik.Üzvlər çox yaxşı içənlər deyil.Ən azından Suga biraz çox içir,amma mən çox içənəm…Biz içdiyimizdə üzvlərdən biri səhv etmişdi,buna görə hamımız azaltmağa çalışırıq.Lakin mən oları çətinliklə görürəm,çünki proqramları dolu olur.”

Sual: BTS’in alt qrupları və yeni qrup planlarınız var mı?

Bang Shihyuk: “BTS’in alt qrupları üçün bütün imkanlar açıqdır.Üzvlərin qərarları və fikirləri də çox vacibdir.Lakin, indilik bütün üzvlər qrup kimi fəaliyyətlərinə fokuslanmağı qərara alıblar.Hətta yeni qrup fikirləri də şirkətdə müzakirə edilir,amma hələ heç nə qərarlaşdırılmayıb.Çoxlu stajyerlərimiz var,amma hələ heç nəyə əmin deyilik.Aydınlaşdırmaq istədiyim bir şey var ki,heç bir qız stajyerimiz yoxdur.Məncə, “yeni qız qrup” haqqında bir paylaşım görmüşdüm,amma hər hansı bir qız stajyerimiz yoxdur.”

Sual: Rookie (yeni) qruplar arasındaBTS  rol model kimi hallanıb,nə deyə bilərsiniz bu haqda?

Bang Shihyuk: “Bizim musiqi cəhətdən məsləhətimiz bu ola bilər ki, musiqi üçün olan istəklərini,fanların vacibliyini itirməsinlər.Biz tək məsləhətimiz budur,çünki bunları əldə saxlamaq çox çətindir. Mən şəxsən “əsl niyyətini unutma” kimi məsləhəti bəyənmirəm.Böyüdüyündə daha yaxşı rəftar əldə edə bilərsən,elə deyilmi?Buna görə biz böyüməyə çalışırıq.Onlara uğur qazandıran insanlara qarşı davranışlarını və musiqiyə olan istəklərini unutmadıqları müddətcə məncə, hamısını yaxşı edəcəklər.Xüsusilə,öz yaşamlarını idolları dəstəkləmək üçün qurban verən fanlara görə.”

0003524214_004_20170424070114115

Sual: ARMY fandomuna minnətdar olmalısınız,elədir?

Bang Shihyuk: “ABŞdakı fandom xarici fanlar arasında ən böyük fandomdur.Amma qlobal fanlarımızın tendensiyası eynidir.Fanlar,çox təəccüblüdür ki,aqressiv deyillər və ictimai maraqla bağlı çox fikirləşirlər.Ortaq məxrəc, BTS üçün və bir qrup kimi bir yerə yığışdılar,bütün yaxşı fəaliyyətləri edirlər ki,bu da məni qürurlandırır.Onların tendensiyası qrupa və şirkətə çox yaraşır.Onıar ARMY adlanır,amma zorakılıq etmirlər.Və ümumilikdə çoxlu oğlan fanlar da var.Bu da məni qürurlandırır.”

 

Sual: Hər hansı əsas məqsədiniz və ya böyük surətiniz varmı?

Bang Shihyuk: “Nəsə çəkəcək bir tip deyiləm.Yalnız verdiyim hər bir şey üçün əlimdən gələni edirəm.Fanlara göstərmək istəyirəm ki,BTS daima böyüyür. Hətta üzvlər də eyni düşünür.Böyüməkləri bir gün dayanacaq,amma bunun baş verməməsi üçün əlimizdən gələni edəcəyik.Baxmayaraq ki,əsgərliyə gedənə qədər sonsuz şəkildə böyüməklərini istəyirəm,məncə,təkcə Allah bilir ondan sonra nə olacaq.Zirvəyə hələ çatmayıblar.Bu başlanğıcdır.Daha da çox səylə işləməliyik.”

Sual: BTS adında fanlara demək istədiyiniz bir şey var mı?

Bang Shihyuk: “Fanlar BTS’i bu səviyyəyə çatmalarını 100% mümkün etdilər.BTS və mən yalnız istədiyimiz üçün musiqi ilə məşğuluq, çünki bu bizim işimizdir və indi olduğumuz yerə fanların sevgisi ilə çatmışıq.Fanlar ən vacib üstünlüyümüz olmağa davam edəcək və biz çalışqanlıqla musiqimiz üzərində işləməyə davam edəcəyik.Ümid edirəm ki,BTS’i sevməyə davam edəcəksiniz.Çox sağolun yenidən..”

[Məqalə] (Oh!A cup of coffee) #kirliqaşıq #möhtəşəmliyinsirri #BTSantilər Bang Shihyuk tərəfindən ortaya çıxarılır (1-ci hissə)

 

 

[Məqalə] (Oh!A cup of coffee) #kirliqaşıq #möhtəşəmliyinsirri #BTSantilər Bang Shihyuk tərəfindən ortaya çıxarılır (1-ci hissə)

BTS`in şirkəti olan Bighit Entertainmentin müdürü Bang Shihyuk, BTSin dünyada olan uğurundan danışdı~~

0003524212_001_20170424070111543

 

(BTS = kirli qaşıqların üsyanımı?)

(Açıqlama:  “çirkli qaşıq” anlayışı Koreyada aşağı gəlirli və ya ehtiyaclarını ödəyə bilməyən ailələrə xitabən işlədilir~)

Onlar 2013-cü ildə çıxış elədi,və artıq bu il 4-cü illərin tamamlayacaqlar.Onlar tədricən “rookie” mükafatlardan başlayaraq irəliləməyə başladılar və 2 il sonra musiqi şousunda ilk 1-ciliklərini qazandılar. 1il sonra ilin sonunda musiqi mükafat mərasimində “Daesang” mükafatınını qazandılar. Amerikanı və beynalxalq səhnələri,sözün əsl mənasında işğal ediblər,çünki doğma səhnə (Koreya) onlar üçün kifayət qədər böyük deyil.Billboard tərəfindən sevilən bir qrupa çevrildilər.Bu qədər başdöndürücü uğurlara sahiblər.Bu qrup BTS-dir

 

BTS, Bighit Entertainmentin səlahiyyətləri altında fəaliyyət göstərir.Bəstəkar Bang Shihyuk, şirkətində başında dayanır və bu,bir həqiqətdir ki,şirkətin ölçüsü digər böyük şirkətlərlə müqayisədə fərqlidir.Buna baxmayaraq o,yenə də BTSin uğurlu addımlamasına rəhbərlik edir və əyləncə müəssisəsinə ev sahibliyi edir.”Kirli qaşıqların uğur hekayəsi”ni yazan Bang Shihyukla bu yaxınlarda yazılı müsahibə götürdük.Biz onun BTS`ə olan sevgisi, qazandıqları uğurun arxasındakı sirri və gələcək planları haqqında yazdıqlarını oxuya bildik.

 

Sual: Sizdən açıq şəkildə soruşacağıq. BTS`in uğurunun arxasındakı sirr nə ola bilər?

Bang Shi Hyuk: “Düzü,əmin deyiləm.BTS`in uğurundan sonra fanlar,jurnalistlər və tənqidçilərin qeydlərini bir araya gətirəndən sonra,düşünürəm ki,səbəb budur ki,onların yaxşı performansları var,dünya musiqi trendləri ilə eyni zamandadırlar və mahnılarında öz hekayələrini danışırlar.Qlobal gənclik onların mahnılarını özlərinə uyğun görürlər.Müxtəlif sosial şəbəkələrdə olan interaktivlik dostluq xüsusiyyətini yaratdı.Bu uğurun arxasındakı sirr ola bilər,məncə.”

 

Sual: “Məktəb trilogiyası” “HYYH seriyası”,və s. Siz “N seriyası”na rəhbərlik eləmişdiniz,elədir?

Bang Shi Hyuk: “Hətta daha böyük qruplar da belə çoxlu seriyalar etmişdir,amma deyə bilərik ki,BTS bu konsepti uzun müddət sonra gətirdi.Həmçinin bizim şirkət qeyri-təbii olan planları sevmir.Başqaları,bəlkə,razılaşmaya bilərlər,amma aydın fikirlərə güvənmirik.BTS üzvlərini mahnıları vasitəsilə öz hekayələrini anlatması ilə bağlı etibarlı fəlsəfəmiz var.Bunu ifadə eləməyə çalışdığımızdan bəri bir album yaratmaq üçün kəmiyyət daha böyük idi. Biz hekayəni bölmək qərarına gəldik,çünki hər şeyi bir albuma qoymaq yalnız qarışıqlığa səbəb olardı.Bu unikal bir konsept məsələsi deyil.Biz yalnızca hissələrə böldük”

0003524212_002_20170424070111558.jpg

 

Sual: BTS`in indiki vəziyyət çıxış zamanlarındakılarla müqayisədə biraz dəyişdiyini deyə bilərik.

Bang ShiHyuk: “Məncə,bu,yanaşmaya görə fərqlidir.İdol sektorunda istər görünüş,istərsə də musiqi baxımından görə bir konseptin olması vacibdir.BTS,müxtəlif cür konseptlər yoxlayıb.”Onlar fərqli deyil?” “BTS dəyişib” kimi rəylərlə qarşılaşmışıq,amma şirkətin tərkibində biz “dəyişmək” və ya “çevrilmək” sözlərin işlədə bilmərik.Çünki biz 10 və 20li yaşların hekayələri haqqında olan persfektivlərimizi dəyişməmişik.Sadəcə bu zaman ərzində üzvlərin yaşına uyğun gələn musiqi,dəb və trendləri izləyirik.Əgər biz əsl konseptimizə xəyanət etsə idik,dəyişsə idik, o zaman fanlar qrupu tərk edə bilərdilər.Amma onlar belə bir şey etməyiblər,yəqin ki,qrupun harmoniyasını anlayıblar.Hətta çıxışlarından bugünə qədər BTS,öz hekayələrindən, öz nəsillərinin və doğru yolla gizlətmək istədikləri hekayələrdən söz açıblar.Heç vaxt “bu album üçün bu konsepti seçməliyik mi?” deyə düşünməmişik”

 

Sual: Üzvlər, aktiv şəkildə öz şəxsi mixtape`lərini və düetlərini həyata keçirdilər

Bang Shi Hyuk: “Üzvlər bu mövzuda azaddırlar. Onların musiqilərinə müdaxilə etmək bizim üçün düz deyil.Şirkət üzvlər öz musiqilərin yüksək səviyyədə tamamlasın deyə kömək edə bilər,amma düşünürəm ki,şirkət onların musiqi istiqamətlərinə qarışa bilməz.Üzvlərin niyyətləri daha çox vacibdir.Onlar mahnıların son halını mənə gətirməzdən əvvəl  mahnıları özləri və prodüserlərlə birgə yoxlayırlar,daha sonra onların şirkəti kimi biz yalnız mahnının fanlara təqdim etmək üçün yüksək keyfiyyətli olub olmadığına qərar veririk.Üzvlər Koreyadan və xaricdən çoxlu düet təklifləri alırlar,amma mən bu haqda heç bir müdaxilə eləmirəm.Tək bir qayda var.Şirkət ancaq sənətçi kontaktı qəbul edib birlikdə işləmək qərarına gəldikdə dəstəkləyir.Şirkət böyük bir uğur cızdıqdan sonra hər hansı bir təklif irəli sürməyib.”

 

Sual: BTS üzvləri sosial şəbəkədə aktivdirlər

Bang Shi Hyuk: “Üzvləri sərbəst buraxırıq.Hətta bu,bizim bilərək planladığımız bir şey deyil.Hər hansı marketinq istiqamətli bir addım deyil.Şirkətimiz bəzi şeylərdə elə də yaxşı deyil.Həmçinin biz üzvlərdən xahiş etdik ki,ayrı-ayrı hesab açmasınlar,çünki bu bir qrup mədəniyyəti olmaz,beləliklə,onlar çıxışlarından bugünə qədər ümumi bir hesab işlədirlər.Bütün üzvlər çox gözəl şəkildə anlayırlar ki,bu onların qrup hesabıdır və bunu istifadə edərərək əylənirlər.Hamımız “fan mədəniyyətini” sevirik,onlar doğru bir dairə yaratdılar.Üzvlər çoxlu məzmunlar yaradırlar,bu da bizim üçün çətinliyi aradan qaldırır.Sosial şəbəkədə hər şeyi yükləmək bizim üçün çətin olur.”

Sual: Maraqlıdır ki,böyük xarici fandoma sahib bir qrupun xarici bir üzvü yoxdur.

Bang Shi Hyuk: “Düzü,BTS üçün xaricdən belə bir nəticə gözləmirdim.Biz ilk dəfə qrupu yaradanda, bir Kpop idolı kimi minimum standartları saxlamağa çalışdıq.Onların yaxşı performansı vardı və onlar təkcə ümumi istehsalda musiqiyə güvənmədilər,həm də geyim və musiqi videoları kimi detallara da fikir verirdilər.Gənclərin qayğıları universal bir şeydir və heç bir trendi izləmir,yəqin ki,məncə,bu amil beynalxalq fanların marağına səbəb oldu.Əlavə olaraq Youtube saytı da  beynalxalq fanların daha asan əlinin çatmasnda böyük rol oynadı.Beynalxalq fanlar üçün tərcümələr edən BTS fanlarının da öz rolu var.Mən sadəcə minnətdaram.Bu yaxınlar da təəccüblü bir hadisə oldu.Baltik dənizinə yaxın olan Estoniya ölkəsində bir rəqs məktəbi “BTS rəqs məktəb”ni yaradıb.Bu çox təəccübləndirici idi.”

0003524212_003_20170424070111569

 

Sual: Bu son Şimali və Cənubi Amerika turu necə keçdi?

Bang Shi Hyuk: “Bu,həqiqətən,gözləntilərimdən daha yüksək oldu.Bilirdim ki,onlar ABŞdan yaxşı nəticələr əldə edin,amma Cənubi Amerika da güclü maraqlar göstərdi. Bilət satışları başlamazdan əvvəl göstərdikləri böyük reaksiya möhtəşəm idi və Cənibi Amerikadan Los Angelesə səyahət etdiyimiz zaman fandomun böyüməsi məni təəccübləndirdi.BTS`in bu qədər böyek fandoma sahib olduğuna inana bilmədim ahahah.Düzdün desək,əvvəlki KPOP sənətçi və şirkətlərinin sayəsində bu uğura çata bildik. Bu,gələcək təmsilçilərimizə görə qərbə yol açmaq üçün bizdə məsuliyyət hissi yaratdı”

Sual: BTS`in çirkli qaşıqlar kimi adlandırılması haqqında nə düşünürsünüz?

Bang Shi Hyuk: “Birincisi biz bu ifadəni işlətmirdik.Həmçinin bəzi insanlar düşünür ki,özümüzü digərləri ilə bazar stratejiyası kimi müqayisə aparıb addım atırıq,amma bu düşüncəni bəyənmirəm.Açıqca deməliyəm ki,biz belə bir bazarlıq istəmirik.”Çirkli qaşıq” ifadəsini sevib sevməməyimizin heç bir vacibliyi yoxdur.Bu doğrudur ki,BTS hər hansı marka etibarına sahib olmayan bir şirkətdən gəlib.Biz sıfırdan başladıq və uğur elədir,bununla deyə bilərik ki, “çirkli qaşıq” ifadəsinin işlədilməsi başadüşülə bilər.Lakin biz bunu bazar strategiyası kimi işlətmirik.”

Sual: BTS`in sahib olmadığı bir şey, üzvlər arasında pis münasibətlər haqqında şayiələrdir.

Bang Shi Hyuk: “Heç bir pis münasibət yoxdur,çünki həyatda eləbir münasibətləri yoxdur.Bir-birini sevirlər. 7 oğlan arasında nəsə anlaşmazlıq və ya dava ola bilər,amma biz onlara çıxışdan əvvəl öyrətdik ki,problemlərini qrup tərkibində həll eləsinlər.Üzvlər yüz faiz bu nəsihət üzrə irəliləyir.Onların 7-də çox yaxşı yola gedir və hətta bəzən necə bir problemləri olmaz deyə düşünürəm.Məncə bu, Shinwa kimi uzunmüddətli bir qrup olmaq üçün bir əsas nöqtədir.”

Sual: Doğrudur ki,onların məşhurluğu böyüdükcə antilərdə çoxalacaq.

Bang Shi Hyuk: “Məncə,ayaqlaşa biləcəyimiz bir səviyyə var.Şayiələrə əsaslanaraq bizi və ya üzvləri incidən istifadəçiləri görürük.Mənfi rəylər və antiləri görürük və hətta polisə vermək üçün iddianəmələr də təqdim eləmişik.Bu,bağışlaya biləcəyimiz bir şey deyil.Anonimliyin arxasında gizlənərək təhqir eləmək və yalan danışmaq qəbuledici bir şey deyil,elədir? Bu səviyyənin altında olanlar fikir azadlığı ilə sərhədi keçmədiyinə inanıram.İnternet elə bir cəmiyyətdir ki,burda anonimlik və bərabərliyə zəmanət verir.Lakin bu standartların üzərində olanlara qarşı hərəkətsiz qala bilmərəm.Həmişə bunlara dözməyə və güclü şəkildə üzləşməyə çalışacağıq.Əksəriyyət və üzvlər çox incinir və əziyyət çəkirlər.O hələ gəncdirlər.Musiqimiz və ya məmnuniyyətimiz haqqında hər hansı şayiələr yayılmağa başlayanda çox yara alırlar.İndi düşündük ki,bəzi istifadəçilər sərhədi keçdikdə üzvlərimizi qorumaq üçün güclü fəaliyyətlərlə irəli addımladıq və hər hansısa hesablaşmanı qəbul etmədik.”