[Billboard] BTS Seuldan səslənir: Kpop Meqa ulduzları yeni nəsli təmsil etməsi barəsində səmimi söhbət etdi.

original post: https://www.billboard.com/amp/articles/news/bts/8099577/bts-interview-billboard-cover-story-2018?__twitter_impression=true

(Yanvarın 19-u Seulda Koreya evində çəkilmiş şəkildə soldan BTS V, Suga, Jin, Jungkook, RM, Jimin və Jhope.  Stilləri Lee Hajung tərəfindən hazırlanıb.V, Suga və Jhope Saint Laurent üst geyimlərini və pencəklərini geyinir. Jin COS üst geyimi, Saint Laurent pencəyini və ayaqqabılarını geyinir. Jungkook COS üst geyimi, Saint Laurent pencək və Prada ayaqqabı, RM Saint Laurent pencək və ayaqqabısını, Jimin Saint Laurent üs geyimi, pencək və ayaqqabısını geyinir.)

       Planetdəki heç bir səs KPOP kimi dəli olan bir fandomu ruhlandırmır. BTS (Gülləkeçirməz Oğlan İzciləri) bu dəliliyi Amerikaya gətirdi– hamısı koreyaca, buna görə bunlar dünyanın hər yerində minlərlə insanları qeyri-məmnun edir.

1957-ci ildə Cənubi Koreyanın yeni yaradılmış müharibədən sonrakı hökümətin xarici dövlət adamlarını əyləndirməsi üçün qəbul zalı kimi tikilmiş Koreyanın milli evi Seulun qarışıqlığı arasında sakit , fotojenik həyət, hanok adlanan köhnə Koreya evlərinin kolleksiyası ilə zənginləşdirilmiş bir vahədir. Normal şəraitdə tarixi film və ya toylar üçün bəzədilən bir yerdir, amma bu parlaq soyuq yanvar səhərində 7 adamdan ibarət Koreya Pop qrupu BTS üçün bir görüş yeridir, hansı ki bu qrupun məşhurluğu KPOPun ənənəvi təsir sferasından keçərək, xüsusilə bu son 6 ayda, Birləşmiş Ştatlara da yayılıb.

Çatdığımda qrup kağız qapıların arxasında yerləşən iç-içə olan otaqlardan birində idi. Çöldəki otaqda 20dən çox bəy, jurnalistlər, qrupun şirkətindən digər işçilər yemək və içkilərə baxaraq ətrafda danışırdılar. Hər kəs aşağı tonla danışırdı. Mənə deyildiyi kimi BTSin üzvləri planlanmış şəkil çəkilişindən əvvəl 15 dəqiqə boş vaxtları vardı. Onların yorğun olduğu başa düşülən bir şey idi. Proqramları “New Year’s Eve”dən bəri performans, tv proqramları, reklam və görüşlərlə dolmuşdu. Təqvim planlarında bu nadir boşluğa görə onlarla görüşmək üçün Seula uçdum.

Otaqdan ilk çıxan 23 yaşlı, Gwangju şəhərində keçmiş küçə rəqqası Jhope, daha sonra yenə 23 yaşlı, qrup lideri və ingilis dili üzrə təmsilci RM çıxdı. Digərləri də tezliklə tünd Saint Laurent-ağır üst geyimləri geyinərək çölə çıxdılar: idealist və dərin hissiyatlı repçi, 24 yaşlı Suga, uşaqüzlü müasir rəqqas, 22 yaşlı Jimin, üz ifadələrinə görə usta olan 22 yaşlı V və 20 yaşlı, hər şeydə yaxşı olan qızıl maknae (ən gənc üzv, Kpopda bir cür imtiyazlı mövqedir) Jungkook və “Dünya Yaraşıqlısı” kimi tanınan 25 yaşlı Jin. Hamısı çoxrəngli kasa kəsimlərdən (böyük ehtimal saç kəsimlərini nəzərdə tutur) yarım dairə düzəltdilər (yani jurnalisti dövrüyə aldılar) və RM necə hündür olduğumu və koreyaca danışa bildiyim üçün fikrini bildirdi. .Şəkil çəkiminə hazır idilər, amma kifayət qədər də halsız idilər. İstərdim ki, 15 dəqiqə daha  artıq istirahət etsinlər. Amma zaman pul kimidir və bu oğlanlar daha çox dəyərə sahibdirlər.

4jx8ehs-sjs2u-xm6sal-kxj-mc3-bts-y13dhcm-2018-bb5-hxaw2-zz0-billboard-bc-1548

Big Hitin üzvləri dəyərli cəvahirlər kimi  idarə etməsi ağlabatan bir faktdır. Onlar Kpopda ən böyük ulduzlar arasındadır– Bighitin məlumatına əsasən son albomları, 2017-ci ildə işıq üzü görən  “Love Yourself:Her” dünyada 1,58 milyon fiziki satışı keçib. Və Birləşmiş Ştatlarda tamamilə koreyaca dilində oxuyan bir qrup üçün görülməmiş nömrələri əldə etdi.  2017-ci ilin sentyabrında “Love Yourself:Her” Billboard 200ə 7-ci sırada daxil oldu, BTS bir kpop qrupu üçün ən yüksək sıralanmaya sahib mahnılar hazırladı: 1. “DNA” ( Billboard HOT100də 67-ci sıra) və Steve Aokinin remix etdiyi, Desiignerin əməkdaşlıq etdiyi Mic Drop” (BillBoard HOT100də 28-ci sıra).  Təkdə ABŞda BTS 1.6 milyondan çox dijital satış əldə etdi və Nielsen Musiqiyə əsasən 1.5 milyard istək parçaya çatdı.

BTS dünyadakı milyonlarla insanlarla əlaqə yaratdı, bu hərəkat oğlan qrupu və Kpopun qəbul edilmiş fərziyələri üçün bir çağırış (yarışa çağırış) kimi görülürdü. Əlbəttə, sevgi haqqında mahnılar və rəqs hərəkətləri var. Amma üzvlərin ta başlanğıcdan yazılmasında kömək etdiyi BTS`in musiqiləri müntəzəm olaraq məhdudlaşdırılmış təhsil sistemi, materializm  və gənc nəslə qarşı oyun çevirən mediayaya qarşı tənqidlərlə zəngindir. Son günlərə qədər Rap Monster kimi tanınan RM öz fikrini bildirdi: ” Düzü, bizim nöqtəyi-nəzərdən bizim nəsl üçün hər gün stressdoludur. İş tapmaq çətindir, bundan sonra belə universitetlərə daxil olmaq daha da çətinləşir. Yetişkinlər ümuni sosial dəyişikliyi asanlaşdırmaq üçün taktikalar yaratmalıdır. Hal-hazırda imtiyazlı və yüksək təbəqələr düşüncə tərzlərini dəyişməlidir.” Daha sonra Suga müdaxilə edərək: “Və bu təkcə Koreya üçün deyil, dünyanın digər hissələrinə də aiddir. Musiqilərimizin dünyadakı yeniyetmə, 20-li və 30-lu yaşlarda olan insanlara təsir etməsinin səbəbi bu kimi problemlərdir.”

Çəkiliş bitdikdən sonra Bighit ofislərində studiyaların arasında qonaq otağına bənzəyən kiçik bir otaqa daxil olub divanda əyləşdik. Üzvlər üzərindəki geyimləri rahat, amma bir o qədər dəbli jaket və toxunmuş geyimlərlə dəyişdi. Burda, yəni evlərində koreyaca danışarkən onlar daha sakit və özlərini ifadə etmək üçün daha az həyəcanlı idilər. Bu hal onların son amerikan verilişlərindəki (The Late Late Show With James CordenJimmy Kimmel Live! and The Ellen DeGeneres Show, hansı ki RM sevgili barəsindəki suallardan cəsarətlə yayınmışdı.) qəribə hallarından fərqli idi. Bugün səsləri görülə biləcək şəkildə daha dərin, daha cingiltili idi. RM həmişə kimi çox danışırdı və bəzən sualları sakit oturan üzvlərə doğru yönəldirdi. Amma Suga süpriz kimi idi: çox danışan və düşüncəli, sanki sosial cəhətdən rep yarışına hazır idi.

Fanatik Kpop fandom anlayışı indiyənə qədər pop mədəniyyətində şablondur. Hətta amerikalı ulduzların dəstəkçiləri musiqi qrafiklərindəki sıralanmanı yüksəltmək üçün addımlar atır, rəqiblərə qarşı saxtakarlıq edirlər– internetlə qrup pərəstişkarlığı 2 qat artdı, əsasən — Kpop fanları əfsanəvi dərəcədə sədaqətli və təsiredicidirlər. BTS ARMY ( tərc. Gəncliyin sevimli təmsil edən aparıcıları) bu fenomeni gücləndirən mühərrikdir. Mahnı sözləri tərcümə edilir, koreyaca olan mediadakı mətnlər tərcümə edilir,  BTSin twitter və facebookda trend olması üçün toplu kliklər, baxış, bəyənmə, rtlər edirlər və onlayn səsvemər və seçimlərdə əzib keçirlər. Bighit deyir ki, qrup haqqında xəbər və yenilənmələri fan kafedə yayıldığından əmin oluruq, amma bu, ARMYlərin qəzəbini qaldırmaq üçün deyil.

Bu qlobal fandom heç vaxt eşitmədiyiniz bir qrupun ABŞ qrafiklərində yüksək sıralanmalara çatmasının səbəbidir; gecəyarısı proqramları, Billboard Musiqi Mükafatlarında (2017-ci ildə tamamilə fan səsverməsi ilə ən sosial sənətçi mükafatını qazandılar); AMAdə performans göstərdilər ( Suga bu barədə: “AMA fanlarımızdan ala biləcəyimiz ən böyük hədiyyə idi.”– dedi).

bts-jklzoik-59z-billboard-bb5-1500

ARMY BTS üzvlərini yalnız ilahiləşdirmir, onlarla eyniləşdirirlər. Qrup 2013-cü ildə “2 Kool 3 Skool” ilə ilk çıxışlarını etdikdə üzvlər hər koreyalı şagird üçün oxşar təzyiqlərdən danışdılar: səylə oxumaq, universitetə daxil olmaq və davamlı bir iş tapmaq ehtiyacı. İlk sinqlları “No More Dream”“N.O” heç bir məqsədi olmayan zombilər kimi siniflərdə iştirak edən yaşıdları danlayırdı. Onlar ” bütün bu təhsil nə üçündür?” sualını verərək — “1 Nömrəli dövlət işçisi” olmaq üçün?”. Bu parçalar H.O.T və Seo Taiji və oğlanlar kimi əvvəlki Koreya Popa geridönüş idi, yalnız bu, rəqabətcil ekonimiyada borclarla idarə edilən bir nəsl üçün yenilənmə idi.

“Keçmişdəki özüm haqqımda danışırdım.”– RM o şagirdlərdən biri olduğunu etiraf edərək davam etdi: “Etmək istədiyim heç nə yox idi; sadəcə çoxlu pul qazanmaq istədim. Keçmiş mən kimi olan dostlarıma yazılmış bir məktub kimi fikirləşərək bu mahnıya başladım.”

“Universitet bir növ müalicə kimi yer tuturdu- hamısı”– Suga dedi:” Deyirlər ki, əgər universitetə getsən, həyatın qurulmuş olacaq. Hətta kilon azalacaq və daha uzun olacaqsan da deyirlər…”

RM: “Sevgilin olacaq…”

Jin: “Daha yaraşıqlı olacaqsan…”

Suga: “Amma bu həqiqət deyil və onlar başa düşür ki, hamısı bir yalandır. Bu nöqtədə başqa heç kim sənin üçün məsuliyyəti ala bilməz.”

“Əgər biz bu problemlərdən danışmasaq, kim edəcək onda?” -Suga sözünə davam edərək: “Valideynlərimiz? Yetişkinlər? Buna görə bizdən asılı deyil mi? Aramızdakı söhbətlər bu cürdür:  Nəslimizin üzləşdiyi çətinlikləri kimi daha yaxşı bilir və danışa bilər? Bu, bizik.”

Tədricən məşhurlaşdıqca sənətçilər pis və ya “siyəsi” şeylər kimi qəbul edilə bilənləri deməmək üçün diqqətli olmalıdırlar. Suga ən açıq sözlü üzv idi. Keçən qış Seulda Prezident Park Geunhyenin istefası üçün olan etirazlar haqqında onlardan soruşandan Suga asanlıqla mövzunu ələ aldı: ” Düz və səhv, həqiqət və yalanla bağlı hərəkət edərək vətəndaşların birlikdə bir yerə yığılaraq səslərini çıxartması mənim fəallıqla dəstəklədiyimi bir şeydir.”

Digər tərəfdən RM mümkün olan həssaslıqlara qarşı daha açıqgözdür. Depresiyadan əziyyət çəkən və keçən dekabrda özünə qəsd edən kpop qrupu Shinee üzvü Jonghyunla bağlı öz fikirlərini bölüşdü: ” Səhərisi gün başsağlığı vermək üçün getdik. Bütün gecə yata bilməmişdim. Çox şokedici bir xəbər idi, çünki tədbirlər çox tez-tez görüşürdük. Çox uğurlu addımlar atırdı.” Suga müdaxilə edərək: “ Hər kəs üçün bir şok idi və həqiqətən, onunla səmimi əlaqələrim vardı.” və sonra RM söhbəti sonlandıraraq: “Deyə biləcəyimiz bu qədərdir.”

Amma Suga davam edərək: ” Bunu demək istəyirəm ki, dünyadakı hər kəs təkdir və üzgündür və əgər kiminsə əziyyət çəkdiyini və tək olduğunu bilsək, ümid edirəm, kömək istəyə biləcəyimiz, çətin olduğunda çətinlikləri deyə biləcəyimiz, darıxdığımız insanlara darıxdığımızı deyə biləcəyimiz bir mühit yarada bilərik.”

Sonra mən RMin 2013-cü ildə yazdığı bir paylaşımı hallandırdım. Həmin paylaşımda RM Macklemore & Ryan Lewis’ gaylərin evlilik himni kimi qəbul edilən, “Same Love,” mahnısının sözlərini başa düşdüyünü deyirdi. BTS fanları təbii olaraq bu paylaşımla BTSin Kpopda nadir görülən gay hüquqlarını açıq şəkildə müdafiə etdiklərini bildirdiklərini başa düşdülər. Bugün  o, məsələ ilə bağlı biraz ehtiyatlı hərəkət edərək: ” Düzgün sözləri tapmaq çətindir. Sözləri çevirərərək: “Eyni sevgi” demək “sevgi eynidir” deməkdir. O mahnını sadəcə çox bəyənmişdim. Deməli olduğum bu qədərdir.” Suga fikirlərini açıq şəkildə ifadə etdi: ” Səhv heç nə yoxdur. Hər kəs bərabərdir.”

BTSin şimşək kimi yüksəlişi sürpriz kimi bir şey idi, hətta Koreyada da belə idi. 3 il bu sektorda olduqdan sonra qrup nəhayət 2016-cı ildə “Blood, Sweat, Tears”“Burn It Up/Fire” kimi xit mahnıları ilə məşhurluq qazandılar. Digər bir səbəb odur ki, BTS Bighit Şirkətindən çıxaraq uğurlu addım atan ilk qrup idi. Koreya musiqi sektorunu idarə edən, keçmiş 10 illikdə Girls’ Generation, BIGBANG, Super Junior, Wonder Girls və 2NE1 kimi məşhur qrupları səhnəyə gətirən 3 Böyük şirkət olan SM, JYP və YGdən deyildilər. Və BTSin yeni yaradılmış qruplarla eyni hissləri daşımırdı.

Bighitin yaradıcısı və müdürü Bang Shihyuk JYPdə dişini sıxaraq Park Jinyongla birlikdə işləmiş və Rain, 2AM və Baek Ji-young üçün xit mahnılar yaratmışdı. (Band PD:)” Ətərafımdakı insanlar da inanmırdı.”– o, BTS ilə ilk günləri xatırlayaraq dedi: ” Keçmişdə uğurlu fəaliyyətlərimdən xəbərdar olsalar da, bu oğlan qrupunu yüksəyə aparacağıma inanmırdılar.” Digər şirkətlər kimi Bighit hər şeyi səsyazmadan emalına, satışa verilməsinə və tədbirlərə qədər nəzarət edir. Əlavə edərərək dedi ki, “Gülləkeçirməz Oğlan İzciləri/ Bangtansonyeondan” adının Şimali Koreyanı xatırladan bir ad olduğunu deyirdilər, amma öz nəsilləri üçün metaforik gülləkeçirməz jilet ola bilərlər.

RMə görə Bang Shihyuk əslində Migos qrupu kimi hiphop qrupu yaratmaq istəyirdi. O, 2010-cu ildə ilk RM`in repinə qulaq asıb və bir neçə sətrini indi də xatırlayır. (O, həmin repdən sitat gətirdi: “Qəlbim qatil oğlu olan detektiv kimidir. Qatilin kim olduğunu bilsəm də, onu tuta bilmərəm.”) Bang Shihyuk dedi: ” Mənim üçün şokedici idi. RM yaşına görə həddindən artıq  özünü ifadə edə bilən, intellektual və filosofdur.” Həqiqi adı Kim Namjoon olan RM o vaxtı sadəcə 15 yaşı vardı. Bang Shihyuk dərhal onunla müqavilə imzalamışdı.

ncdeufh8wv-cj3i-mdio4-bts-723roij-grid-bb5-2018-ef-billboard-1240

( “Qrup yaradılmazdan əvvəl bayat görünürdük”- RM dedi: “Çox kirli idik.”)

Beləliklə, BİGBANG tərzində bir oğlan qrupun vizual qabiliyyət və karizması ilə hiphop dürüstlüyünü birləşdirə biləcək bir addım atdılar. Növbəti 2 ildə təvazökar xasiyyətini maskalayacaq “Vecimə belə deyil” kimi maqnit ifadəsi olan repçi Suga işə alındı və sonra küçə rəqqası Jhope gəldi. Bighit daha sonra geniş yarışlar keçirdi. Bir kastinq müdürü Jini avtobusdan düşərkən görüb təqib etmiş və  qrup üçün müraciət etməsi üçün inandırmışdı; nəhayət V və  Jungkookla birlikdə bir qrup yaradıldı. Jimin sonuncu qoşulan üzv idi, Bighit işçisi Jimini müasir rəqs məktəbində kəşf etmişdi.

Başlanğıcda üzvlərin hər biri qafiyələrdə əllərindən gələni etmişdilər. “Necə rep deyildiyini öyrənmək üçün çox uzaqlara getdim.”-Jungkook kimi indi vokalist olan Jimin dedi: “Amma bir dəfə bunu etmək üçün şans verdiklərindən sonra sadəcə vokal üzərində daha səylə işləyək dedilər.” RM başını sallayaraq: “Ağıllı bir seçim idi.”-dedi. — və üzvlər güldülər.

Bunlar Bighitin qeyri-mütəşəkkil çempionları idi, və indi birlik halındadırlar. Əvvəllər kiçik bir otaqda birlikdə yaşayırdılar, 2mərtəbəli yataqlarda yataraq bir-birinin yuxu vərdişlərinisi öyrəniblər. ( Jimin yataqda qəribə şəkildə bükülür, Jungkook xoruldayır.  RM: ” Çox məlumat oldu bu.”) Onlar hələ də birlikdə yaşayırlar, sadəcə biraz daha böyük yerdə. — Jhope və Jimin eyni otağı paylaşırlar — və eyni evdə yaşamağı davam etdirməyi planlayırlar.

      “Evdə olanda hər kəsin otağın gəzirik,”– Jin davam edərək: “Hətta valideynlərimgilə gedəndə, düzü, sıxılıram.” Suga əlavə edərək: “Və əgər bir problem varsa, birimiz inciyirsə, sadəcə üstündən ötüb keçmirik, bu haqda sonra danışırıq.”

      ” Buna görə əgər Hope və Jin hyung dalaşsa, bunu təkcə 2-si həll etmir,”-Jungkook izah edir və Suga davamın gətirərək: “7mizi də əhatə edir.”

“Hər kəs birlikdə yığılır,”-daha ağıllı şəkildə RM izah edərək: ” Qədim Yunanıstandakı meydan kimidir. Toplanırıq və soruşuruq -Nə baş verib?”

Müsahibədən sonra RM məni studiyasına apardı. Studiya kolidorun sonunda yerləşirdi, girişində şüşə içində böyük KAWS  personajları və Supreme köynəyi geyinmiş Mike Tyson və skeytbord`un böyük afişası ilə bəzədilmişdi. İçəridə divarlarda kiçik KAWS oyuncaqları düzülmüş və Bansky parçası “Rage, Flower Thrower” model versiyası qoyulmuşdu, RM onlar üçün çoxlu pul xərclədiyini etiraf etdi. Bunlardan başqa bura tipik iş otağı idi: fırlanan stul, nəhəng ekran və digər lazımlı hissələri, dizüstü komputer vardı.

BTSin mahnı sözlərində “bepse” (koreya dilində qısa ayaqlı, kiçik dimdikli sərçəyə bənzər ağ bir quşa deyilir) kimi metaforik ifadə işlədilib. Bir Koreya məsəlinə görə  “Bepse leylək kimi yeriməyə çalışsa, ayaqlarını sındırar” deyilir. Nəsihətverici bir hekayədir– açılışında isə “olmadığın biri kimi davranmasan, çox çətinə əl atmasan yaxşı olar” deyilir. Amma BTS bunu lovğalıq kimi istifadə edir, kiçik və mübarizə aparan quşu nəzərdə tutur. “Silver Spoon” mahnısında Suga bu sözlərdə lovğa və utanmaz tərəfini göstərir: “Nəslimizdə lənətlənmişik / Tez onları təqib edək / Leyləklərin hesabına ayaqlarım uzanıb / Buna görə məni bepse deyə çağırırlar.”

8jccvlmldv-nd3l3ml-xsji2-bts-32jdl-triptych-bb5-2018-sji-billboard-1240

(Böyüyərkən “Mən sadəcə Daeguda kəndli idim”- Suga dedi.)

İndi həqiqi mənada dünyanın zirvəsindədirlər, hələ də məzlum (yeraltı adamlar) kimi adlandırılırlar mı? ” İndi özümüzü bepse adlandıranda çox diqqətli oluruq,”– Suga davam etdi: “Amma həqiqət odur ki, başladığımız yer orasıdır, əsasımız orda qoyulub.” Və RM özlərini dəyişikliklər üçün təmsilçi kimi nəzərdə tutduqlarını qeyd edərərək: ” Əgər problemlər varsa, biz onları ortaya çıxaracağıq, bununla da səslərimiz daha da yüksəkdən çıxacaq, beləcə iqlim dəyişir və bu haqda daha sərbəst danışa bilirik.”

BTS bu anın Kpop qrupudur, çünki həqiqətən qlobal miqyasda ziddiyyətləri janrla özünəməxsus tarazlaşdırır. Bu addım Amerikada koreyaca oxuyaraq və rep deyərək baş verir, sosial mediada geniş təsirlə yaxınlıq yaradır, mübahisələri ayaqlandırmadan siyasi fikirləri ifadə edir və yumşaq şəkildə və sağlam olan coşğun aludəçiliyi ilhamlandırır. Bu, çatmış məzlumdur.

Amma qrupdan növbətinin nə olacağını soruşmasanız daha yaxşıdır. Üzvlər və produserlər növbəti albom haqqında olan suallar soruşulan vaxt aradan çıxmağı yaxşı bacarırlar– buna baxmayaraq onların ingilis dilində albom çıxarmaq üçün planları yoxdur, bu hərəkətin fanlara yad hissi verə biləcəyini fikirləşilir. Bunun əvəzinə etdikləri şeylərə davam edəcəklər. RM, əlbəttə ki, bu haqda filosofi bir fikir dedi: ” Koreyaca “gələcək” sözü 2 hissədən ibarətdir.”-izah edərək qrupun nə qədər irəlilədiyi və nə qədər qabağa gedə biləcəyi haqqında bir növ tapmaca kimi davam etdi: ” ilk hissənin mənası ” deyil” və 2-ci hissə isə “gəlmək” mənasında işlənir. Bu cəhətdən “gələcək” sözü gəlməyəcək bir şeyi ifadə edir. Mənası belə gedir: ” Gələcək indidir və bizim indiki zamanımız gələcəyimizi yaşadığımız andır.”

 

Şəkil çəkilişlərinin səhnə arxası videosuna baxmaq istəsəniz: