[Ekskluziv Müsahibə] BTS, “Uğurumuzun açarı təkcə sosial media deyil, həm də düzgünlüyümüz və bacarığımızdır.”

Original post: http://entertain.naver.com/read?oid=001&aid=0009841719

 

“Müğənni olmaq seçimimizin doğru olduğunu düşündüyümüz bir il oldu…Narahatlıq və yalnızlıq bizim daxili dərsimiz idi.”

(Seul-Yonhap Xəbərləri) Nə qədər yeyəcəyinə fikir verilməyən bir yaş vardır, onlar həmişə acdır. Müxtəlif peçenye və cipslərlə yığıncaq keçirdiklərində saat 17:00 idi, tamamilə boğazlarını düşünən insanlar idi. Bu üzvlər məşğul vaxtlarını hissələrə ayırmalı olanlardır, onlar üçün uğurları ila birgə ev yeməklərindən ötrü  darıxdıqları o vaxt gəlmişdi.

“Seulda evi olan Jindən fərqli olaraq, evləri Busanda yerləşən Jungkook və Jimin, bəlkə də, ildə 1 və ya 2 evdə yemək yeyirlər.”

Bu günlərdə digər sənətçilərdən fərqli olaraq onlarla görüşmək imkansız olması ilə məşhur olan BTS ilə görüşə bildik.

Tamamilə dolmuş illik proqramları olan üzvlərin dedikləri: “Hər gün təxminən 6-7 saat yatırıq. Biraz gec saatlarda oyun oynayan Jin və V istisnadır.” Sadə bir suala belə  heç vaxt laqeyd cavab vermirlər.

Son albomları olan “Love Yourself” və sinqlları olan “MİC Drop” remix ilə Amerika Billboardda ən yaxşı və ən yüksək rekorda nail oldular, Gaon qrafikinə əsasən 1.5 milyondan çox albom satıldı və müxtəlif mükafatlandırma şoularında çoxlu Daesang (ən böyük mükafat) qazandılar. Keçən il daha çox böyüdülər və Seo Taiji&oğlanları, H.O.T, DBSK və Psy kimi sənətçilər kimi Kpop tarixinə mənalılıq gətirərək məğlubedilməz qrup oldular.

Bir saatlıq müsahibəmiz ərzində üzvlər belə fikir paylaşdılar:” Çoxlu fikirlərlə boğuşduğumuz bir ildir, hətta ilin əvvəlindən var.” Əvvəlki zamanlardan daha dərin daxili hissləri haqqında danışdılar. Təkrar-təkrar “həqiqi” sözünü işlədir və söhbətimizə başçılıq edir, nailiyyətləri zamankı anlarla, narahatlıq və yalnızlıq və daxili mübarizələri ilə baş etmə yolları haqqında danışdılar.

Növbəti bizim BTS ilə təkbətək ekskluziv müsahibəmizdir.

AKR20180126184600005_07_i_20180128100734803

Sual: “MİC Drop”dakı sözləri ilə əlaqəli ola bilən çox insan var. Sözlərdəki kimi “mükafatlarla dolu” bir il keçirdiniz.

Jhope: Əslində özümlə fəxr etdiyimi hiss etdiyim bir il oldu və çox şeyə nail olduq. Hamısı fanlarımızın enerjili dəstəklərinin sayəsində idi.

Jungkook: Nə NBC “Ellen DeGeneres Şou”da, nə də musiqi mükafatlandırma şousunda həyəcanlı olduğumu xatırlamıram, çünki fanlarıma arxalandım. Bir “Müğənni olmaq”la doğru bir seçim etdiyimi hiss elədiyim an idi.

Jin: Hmm, məncə, daha yaraşıqlı oldum. Bir neçə ildir bunu dediyimə görə, məncə, fanlarımız məni başa düşəcək. HAHA~ Fanlarımızla çoxlu ünsiyyət saxladığımız bir il oldu. Məzmunlarımız daha fərqli oldu və çoxlu kanallarla fanlarımızla ünsiyyət saxladığımız üçün bunlara nail ola bildik.

Sual: Çox müəssisə sizin uğurunuzun açarını və BTSin maliyyə dəyərini analiz etdi. Siyasətdə hətta sizin kommunikasiya yollarınızı öyrənən bir tədqiqat belə edilib. Hamısı lətafətli musiqi, çox gəncin əlaqəli olduğu ismarıc, sinxronlaşdırılmış rəqs, dostcanlı sosial media kommunikasiya ilə əhatələnib. Fikirləriniz nədir?

RM: Bir çox dəfə bu sualla qarşılaşmışıq və demək olar ki, indiyənə qədər 200 dəfədən çox cavab vermişəm. Çoxlu cavab verdiyim üçün fikirlərim də formalaşıb və bu mənim ən sonuncu versiyamdır. Səmimi qəlbdən Bang Shihyuk PDnimə əvvəlcədən hər şeyi gördüyü üçün təşəkkür edirəm. Biz hip-hop heyəti ilə başladıq və Bang Pdnim dedi ki, bizim cəmiyyətdə qulaq asılmalı olanlar haqqında danışa bilən bir qrupa ehtiyacımız var. Əslində biz reallığı əks etdirən repçilər idik və performans bacarığına sahib  üzvlərimiz vardı. Məncə, BTS`in uğurunu təsvir edən açar sözlər “Düzlük+Qabiliyyətimiz”dir. Düzlük cəmiyyətin gözündə görünə bilir. Amma insanlar yalnız kommunikasiya üçün sosial mediadan istifadə etdiyimizə fokuslanır. Müğənni olduğumuz üçün daha vacib faktor odur ki, musiqi və performansımızın  keyfiyyəti nə olursa olsun yaxşı olmalıdır. Artıq bizimlə bu keyfiyyət mövcuddur. Biz bunu ismarıcla doğruluğumuzu  birləşdirdik və ünsiyyətə davam etdik. Bu səyahət vasitəsilə Bang PDnim nəzarət altına aldı və bizi dəstəkləmək üçün kifayət qədər inandı. Bizə azadlıq verdi. Oyunçular kimi “yüksək risk” üçün məsuliyyətimizi başa düşdük və “yüksək dönüş” etdik. Şirkətimiz və biz bərabər şəkildə yarı-yarı maliyyə cəhətdən köməkləşdik. Hiss edirəm ki, idarəedən şirkət və sənətçinin bisnez tərəfdarları kimi bir yerdə olması üçün ideal nümunəyik.

Suga: Özümə maraqlı olduğu üçün bu haqda çox fikirləşmişəm. Sadəcə bir sözlə xarakterizə edilə bilməz. Məncə, kimsə bunu edib, amma heç kim hekayə haqqında danışmayıb.Məncə, hamımız bu nöqtədən başlamışıq. Son vaxtlar düşünürəm ki: “Əvvəl musiqini necə yaradırdım?” və əks edildi, bəli, başlanğıcdan bəri Bang PDnim bu cür idi. Kiçik bir studioda oturdu və soruşdu: ” Nə haqqında danışmaq istəyirsiniz? Bu minusun teması haqqında fikirləşin.” Biz düşündük: ” Hər kəs fərqli zövqlərə hörmət etməlidir.” “Niyə ümumi olaraq məktəb və cəmiyyət haqqında danışan kimsə yoxdur?” Bu məyusedicidir ki, hər kəs uğurumuzun səbəbinin yalnız sosial media olduğunu fikirləşir. Muster fangörüşümüzdə aparıcı olan Kim Sangmin sunbae bizi tərifləyərək dedi: ” BTS yalnız yaxşı etmədi, həm də çox işlədi. Heç kim səylə işləyən insanlara qalib gələ bilməz.” Bunu eşitdiyimdə fikirləşdim: “Bizim burda etdiyimizi həqiqətən hiss edib, məncə.” Bunu fikirləşərkən incindim ki, kiminsə bizi belə tanıması 5 il çəkdi.

AKR20180126184600005_10_i_20180128100734810

Sual: Görünür, keçən il “rekordlar maşını” idiniz. Ən çox mənalı olan Billboarddakı rekordunuz və albom satışlarınız idi. Sizi ən çox kövrəldən nə oldu?

RM: MİC Drop remix ilə ilk dəfə Billboard HOT 100 qrafikinə 28-ci sırada daxil olduğumuz an idi. HOT 100 siyahısı uşaqlığımdan bəri gördüyüm ad idi, buna görə çox şokedici idi. Adətən HOT100 qrafikindı ilk 40da olmaq xit olduğunuz kimi başa düşülür, amma ilk 30da olmaq faktı fenomenal bir şey idi.

Jhope: Albom satışlarımız. Üzərində işlədiyimiz albomun satışları böyük rəqəmləri keçdiyi an mənə böyük təsir göstərdi.

Suga: Rekord və ya rəqəmlər həqiqətən məni elə də kövrəltmədi. Keçən il çox şey baş verdi, amma hələ də ən çox “AMAs” səhnəsində olduğum anı xatırlayıram. Koreyada heç vaxt yayımlanmadığına görə internetdə axtardım və baxdım. Şounun özündə görünmək həddindən artıq kövrəldici bir təcrübə idi, Diana Rossun nailiyyət mükafatı almasından əvvəl performans göstərməyimiz mənə xəyal kimi gəlirdi.

Sual: Xüsusilə Amerikadakı nəticələr hədsiz dərəcədə cəlbedici idi. Yerli fanlar radio stansiyalarına mahnı-istək kompaniyası üzərində işləyirdi və Billboardda mahnılarınızı daxil etdilər. Hələ də “MİC Drop” 8 həftədir ki, Billboard HOT 100dədir, “Love Yourself:  Her” 15 həftə Billboard 200`ə daxil olub. Məşhurluğunuz sonsuzdur. Xüsususilə hansı hissədə yerli fanlar məftunedici cavablarını göstərdi?

Suga: Bizə göstərilən sevgidə çox fərq yoxdur. İstər koreyalı, istər amerikalı fanlar. Əgər bir şey deməli olsam, onlar həqiqətən birlikdə qarşılıqlı  ünsiyyətimizi görməyi sevirlər. Nə etdiyimizdən asılı olmayaraq həmişə birlikdə olduğumuz üçün, məncə, bu onların diqqət mərkəzindədir.

RM: Nəticədə, fanlar da məzmunlarımızı istismar edən cəmiyyətdir. Məncə,  onların həqiqi fanlarımız olmasının səbəbi budur ki, cəmiyyətin gözündə asanlıqla görülməyən fərqlilikləri görür  və ayıra bilirlər. Üzvlərimiz arasındakı əlaqə, doğru ismarıclarımız, musiqi və performansımızın keyfiyyəti, onlar bunların hamısını bizim səhnəarxası videolarımız və performanslarımız sayəsində hiss edirlər. Bu bizim ən böyük silahımızdır. Bu dil əngəlini keçdi və onları bizim musiqilərimizi radioyada istəmək üçün motivasiya etdi.

Sual: 3 Ən yüksək Amerika şousunda çıxış etdiniz. Episodlarında arxasındakı nədir?

V: Ən yaddaqalan hissə o idi ki, bizdən bu sualı soruşduqları an idi. “Niyə fanlarınız çox sevda doludur? Belə möhtəşəm fanları necə qazandınız?” Sonra bu sualı ingilis dilini səlis bildiyi üçün yalnız RM cavabladı.

RM: Biz həmin şoularda sadəcə bir neçə dəqiqəlik olmaq üçün çağırılmışdıq, amma şouların rəsmi heyəti fanlarımızın reaksiyalarını gördüyü üçün və fanların təzahüratlarını eşitdikləri üçün dərhal oyun və söhbət guşələrini əlavə etdilər. Əslində Ellen ilə söhbət vaxtımız yox idi, amma Ellen fanlarımızı görəndə o dedi: “Ola bilməz! Daha çox şey etməliyik.” Beləliklə, danışıq guşəsi əlavə edildi. Bu, fanlarımızın gücüdür.

Jin: Hamımız bir şeylər demək istədiyimiz üçün tərcüməçi hyungdan gözəl sözlər və ifadələr öyrəndik və əzbərlədik. Lakin sualların əksəriyyətin başa düşmədiyimiz üçün cavab verə bilmədik. V bütün gecəni soruşula biləcək sualın cavabını məşq etmişdi, amma heç vaxt deyə bilmədi. Necə də şirindir.

V: (Telefondakı qeydlərə baxaraq) Performansımızla bağlı olan bütün cavabları əzbərləmişdim. Amma Ellen bu sualı heç soruşmadı. Hətta tərcüməçi hyungumuz belə “Bu ən çox soruşulan sualdır”-demişdi. (gülür)

AKR20180126184600005_08_i_20180128100734816

Sual: 2013-dən bəri xəyaldan və gənclik həqiqətlərindən danışdınız. Suganın mixtapendə idol olmaq üçün işlədiyin həmin günün  qeyri-real hissindən danışırdın. Daxilindəki həqiqət,depresiya və təzyiq. Geriyə baxanda narahatlığınızın öhdəsindən necə gəldiniz? Xəyalınızın indi harda olduğunu deyə bilərmisiniz?

Suga: Hiss edirəm ki, narahatlıq və yalnızlıq ömürlük bir dostdur. “Necə öhdəsindən gəlirəm” böyük məna daşıyır, amma sonsuza qədər öyrənməli olduğum bir şeydir.  Situasiyaya görə, ana görə hisslərimiz fərqlidir və həyat sadəcə sənin hər an əsəbləşdiyin bir şeydir. Bu məqalə vasitəsilə hər kəsə bunu demək istəyirəm: ” Mən sadəcə sənin kimi narahatam. Buna görə hamımız birlikdə yolunu tapmalı və öyrənməliyik.” Xəyal qurmadığım bir an belə olmayıb və bütün xəyallarıma nail olmuşam. Treyninqdə olduğum zaman xəyalım musiqimi hazırlayan bir sənətçi olmaq idi. İlk çıxışı edəndə xəyalım musiqi qrafikində 1-ci olmaq idi. 1-ci olduqdan sonrakı xəyalım Daesang qazanmaq və Yaponiyada, Amerikada çıxış etmək idi. Əslində Billboard və AMAs təsəvvür etmədiyimiz bir şey idi, amma buna nail olduq. Hal-hazırda sanki əvvəlki kimi xəyallarımız aydın deyil. Son zamanlar fikirlərin dəyişməsi məni düşündürür, bir şəxs kimi dəyər və xoşbəxtlik eyni dərəcədə vacibdir( nəyəsə nail olanda) və bizim hələ də gediləsi uzun yolumuz var. Müğənni kimi çox şeyə nail olduq və keçən il bizim üçün dönüş nöqtəsi oldu. Hələ 26 yaşım var və 10 ildən çoxdur musiqi yaratmağıma baxmayaraq, çıxışımızdan bəri uzun bir vaxt daha davam edəcəyim bir şeydir. Bu ilin başlanğıcı beynimdə çox fikirlərin yarandığı vaxtdır.

RM: Buna inanıram ki, bir insanın varlığı emosiyaların hər iki tərəfini fikirləşməyə proqramlaşdırılıb. İnsan yaradılışın Lordu və başqa bir dünyanı idarə etməyin arxasındakı motivasiyadır. Birini sevəndə əlvida demək haqqında da fikirləşirsiniz. Uğur qazandığınızı hiss etdiyində eyni zamanda uğursuz olmaq haqqında da fikirləşirsiniz. Bu bizim DNTimizdə var. Suga hyung dediyi kimi narahatlıq kölgə kimi bir şeydir. Hekayəmi biraz ətraflı izah edim. Atam 25 ildir ki, bir şirkət üçün işləyir və qulaq çınlaması var. Fikrini işinə verəndə və ya əyləndiyi bir şeyi edəndə xəstəliyin əlamətləri olmur. Lakin stress keçirəndə və ya ümidsizlik hiss edəndə simptomlar özünü büruzə verir və hətta gündəlik həyatla uyğunlaşmaqda çətinliklər yaradır. Narahatlıq qulaq çınlaması kimi peyda olanda kölgə kimi olur. Boyum uzandıqca o da daha böyük olur və gecə gəldiyində mübarizələr daha da uzanır. Buna görə emosiyanın hər iki tərəfinin öhdəsindən gəlirəm deyə bilmərəm, qəlbimin bir başqa tərəfindəyəm. Bütün insanlar özləri ilə daşıdıqları qaçılmaz əzab, qaranlığa sahibdir. Buna görə də hamımızın istirahət yerinə ehtiyacımız var. Mənə görə, tək mənalı şey musiqidir.  Bunu seçərək şanslı idim, möhtəşəm dostlarla işlədim, maddi cəhətdən çox şeyə nail oldum və eləcə də karyeramda. Nəticədə əslində narahatlıqlarla dost olmaq üçün istirahət yerləri düzəltdim. Figurları yığıram, bəyəndiyim geyimlər alıram, tanış olmayan yerdə insanların necə yaşadıqlarına baxaraq əylənirəm. Yaxşı bilmədiyim şəhərcikdə avtobusla gəzirəm. Bunlar mənim dünyadan kənar qalmadığımı hiss etdirir. Məsafəni azaltmaq üçün bir imkan olur. Bu narahatlığımı dağıltmağa kömək edir.

Sual: Yenə də mahnı sözlərinə baxdığınızda inanıram ki, çətinlik çəkdiyiniz anlar olmuşdur.

Jin: O anlardan qaçan biriyəm, buna görə oyunlar oynamaqla başqa bir həyat yaşamağa çalışıram. Oyun oynayanda tamamilə fərqli şəxsiyyətə sahib fərqli biri kimi yaşayıram. Axır vaxtlar oyun oynamağa başladım və təsadüfən 10 il əvvəl oyun oynadığım dostlarımı tapdım. Əlbəttə ki, onlarla həyatda görüşməmişəm, onları oyundakı adları ilə tanıyıram, çünki mənim siber dostlarımdır. Onlarla qarşılaşdığım üçün bir növ şad olmuşdum. Keçmişdəki xatirələri geri gətirdi.

Jimin: Bəlkə də, indi çox yalnız və yorucu zamandır. Bu bizim ən xoşbəxt anımızdır deyirik. Lakin çətin vaxt gəldiyi anı fikirləşsək, əgər dostun və ya ailən yoxdursa… bu fikir məni çox yalnız hiss etdirir. Bir müddət əvvəl mahnılarımıza qulaq asdım və canlı konsert videolarımıza baxdım. Onlara baxmaq və mahnılarımıza qulaq asmaq məni daha yaxşı etdi.

 

For english translation thanks to glitter_jk (twitter account)

 

Feng Shui Coğrafiyası üzrə magistr və doktor dərəcəsi olan professor Baek Jaekwon Bang PDnim və BTS üzvlərinin üz cizgilərini analiz edib~

Feng Shui Coğrafiyası üzrə magistr və doktor dərəcəsi olan, hal-hazırda Koreya Gələcək Proqnozlaşdırma Axtarış mərkəzinin müdürü, professor Baek Jaekwon Bang Shihyuk və BTS üzvlərinin fizionomiyasını (üz cizgilərini) analiz edib.

1. Bang Şihyuk’un fizionomiyası: Bang Shihyuk PD tənbəl heyvan fizionomiyasına sahibdir. Tənbəl heyvanlar zərif və xoşagələn olurlar. Tənbəl heyvan fizionomiyasına sahib olan insanlar adətən yaxşı və inamlı olurlar, buna görə onlara arxalana bilərsiniz. Hərəkət baxımından tənbəl heyvan çox yavaş olur, uzun saçları olur və bütün bədənini yosunlar örtür. Tənbəl olmağa meyilli olurlar. Yaxşı yuyuna bilmirlər, amma buna görə onları günahlandırmayın. Gecələr aktiv olacaq bir iş onlar üçün daha uyğundur. Tək olmağa öyrəşirlər və özləri nəyisə araşdırmağı sevirlər. Tək qalmaqdan ləzzət alırlar. Bu insanlar kilo almağa meyilli olurlar. Ciddi pəhriz saxlamaq üçün özlərinə təzyiq göstərmirlər. Bang PD tez-tez danışmaması məsləhət görülür. Nə qədər yavaş danışsa, bir o qədər müvəffəqiyyətli olmaq üçün şansı artar. Məşhurluğu ölkəxaricində yayılmağa davam edəcək. Bütün gün yatmaq vəziyyətində olan tənbəl heyvanlar kimi Bang PDin uğurundakı açar yatdığı zamanlardan kənarda da yuxulu gözlərə sahib olmasıdır.ds012y3waaa9bkw.jpg

 

2.  Kim Seokjin/ Jin’in fizionomiyası: Jin yaxşı,zərif və nümunəvi bir tələbə fizionomiyasına sahibdir. Evləndiyində onu tamamilə həyat yoldaşı idarə edəcək. Möhtəşəm bir təbiətə sahibdir, digərlərinə hörmət edir, tərbiyəlidir və həyatda rəvan bir yola sahib nadir fizionomiyaya sahibdir. Lakin insanlar və ya bir şeyləri idarə etməkdə, tez anlamada çatışmazlıqları var. Saxtakarlıqların qurbanı ola bilər, buna görə ortaq işlərdə və investisiya mübadiləsində diqqətli olmalıdır.DS05N8yVoAE0cbV.jpg

3.  Min Yoongi/ Suga’nın fizionomiyası: Suga məsum bir fizionomiyaya sahibdir. Xarakteri rəqabətcildir, amma səbirli biri deyil, çox seçicidir. Əgər özünə güvəni çoxalsa, uğur qazana bilər. Utancaq/qorxaq bir tərəfə sahibdir, buna görə əsəbləşəndə depresiyaya düşə bilir. Qadınlar arasında məşhurdur və kimləsə gizlicə sevgili ola bilər. Sevgisini tapdığında qısa bir vaxt ərzində münasibətlərini dərinləşdirər. DS087bQX0AA544k.jpg

4. Jung Hoseok/ Jhope’n fizionomiyası: Çox qabiliyyətli fizionomiyaya sahibdir. Hər şeydə yaxşıdır və hara gedərsə getsin hər kəs tərəfindən sevilir. Kişi, qadın, gənc, yaşlılar tərəfindən sevilən bir fizionomiyası var. Anadangəlmə bir şeyi 10 və ya daha çox şeyə çevirən bir qabiliyyətə sahibdir. Vokal, rəqs, aktyorluq, film və bir çox janrda bacarıqlarını genişləndirə bilər.DS0-g3iW4AAHbh3

5. Kim Namjoon / RM’in fizionomiyası: RM liderə yaraşacaq bir fizionomiyaya sahibdir. Bir liderin rəhbərlik və itici qüvvəsinə sahibdir. Çox inadçı və dikbaş biridir. Cüzi hiylələr işlədəcək bir insan deyil. Vəziyyəti/situasiyanı bədəni ilə hiss edir, hərəkət edir və mühakimə edir. Bir yetişkin və ya işçi gözü ilə baxsaq, RM idarə edilməsi çətin olan biridir. 2-ci yerdə qərarlaşmaq istəmir, 1-ci olmaq istəyir. Effektli işlər etmək və səmərəliliyi artırmaq  üçün gərək liderlik səviyyəsində olsun. Fiziki yaralanmalara qarşı diqqətli olmalıdır.DS07TbxUMAAFUQq.jpg

6.  Park Jimin /  Jimin’in fizionomiyası: Profesional birinin fizionomiyasına sahibdir. Xarakteri səhnədə və səhnədən kənardakı böyük fərqi göstərir. Bəyəndiklərində tamamilə əmin biridir, buna görə insanlarla münasibətdə seçici biridir. Dikbaşdır və bir karizmaya sahibdir. İşlədiyində bir şeylə bütün diqqətini verməsi heyrətamizdir, buna görə daha da böyük nailiyyətlər qazana bilər. DS0_18lX0AAVu9G.jpg

7. Kim  Taehyung / V’in fizionomiyası: Zərif vizual və eyni zamanda anadangəlmə güclü  təbiətə sahibdir. Xarakteri çox sosialdır, insanlarla münasibət qurmaqda yaxşıdır və məsum biridir. Heykəl kimi vizuala sahib olduğu üçün qadınlar üzərində böyük təsirə sahibdir. Daha sərt hərəkət etsə, bu ona daha çox kömək edə bilər və praktik bacarıqrıqları genişləndirir. Hər kəs tərəfindən sevilə fizionomiyaya sahibdir. Öz əsl rəngini tapsa, daha axıcı bir həyata sahib olar.DS1BLVqU0AEVUKy.jpg

8. Jeon Jungkook / Jungkook’un fizionomiyası: Jungkook utancaqlığa sahib bir solo boyanın fizionomiyasına sahibdir. Saf ruha sahibdir və özünü qurban verən və digərləri üçün faydalı biridir. Kiçik şeylərə görə incinməyə meyillidir. Qapalı bir təbiətə sahibdir, buna görə insanlara yaxınlaşmaqda çətinlik çəkir və bununla mübarizə aparır. Əgər daha çox cömərt hərəkət etsə, özünü inkişaf etdirəcək və sabit irəliləyiş üçün şərait yaradacaq. DS1D0emVMAA8G7s.jpg

 

 

for english translations thanks to glitter_jk on twitter~ https://twitter.com/glitter_jk/status/949474313366835201