[Billboard] BTS Rap Monster “Love Yourself ‘Her”in arxasındakı konsepti izah edir: “2-ci fəslimizin başlanğıcıdır”

“Go Go” mahnısının mənasından tutmuş qrupun niyə BBMAdakı qalibiyyətləri ilə niyə qürurlanmalı olduqlarına qədər hər şeyi BTS Rap Monster izah edir.

 

BTS “Love Yourself: Her” çıxmazdan bir neçə saat əvvəl albomun əhəmiyyəti qrup lideri Rap Monster üçün bir başqa idi.

 

23 yaşlı repper,sözyazarı və prodüser Seuldan telefon danışığında Billboarda: “Bu çox böyük bir addımdır bizim üçün”-dedi və əlavə etdi: ” Əlbəttə,hər üzv albomla bağlı çox həyəcanlıdır. İndiyə qədər gecə-gündüz  mükəmməl performans və bu yeni mahnıları görtərmək üçün sadəcə məşq edirik. Keçən gün məşqlərimizi bitirdikdən sonra fankafemizdə “Bu mini albom BTS üçün dönüş nöqtəsi olacaq” deyə bir mesaj yazdım. Gözləmək uzun çəksə də,məncə, ən böyük tədbir maydakı BBMA idi.–çox şey baş verdi”

Bu gözləniş qrupun məşhur pərəstişkarları, 2017 Billboard Musiqi Mükafatalarında Justin Bieber, Ariana Grande, Selena Gomez və Shawn Mendes kimi məşhur pop sənətçiləri arasında  “Top Sosial Sənətçi” mükafatı üçün BTSə səs verən,Rap Monster, Jimin,Suga,Jhope,Jin,V və Jungkookdan yeni mahnılar gözləyən ARMYlərə məxsusdur.

Bundan sonra BTSin Amazon və Amerikaya-əsaslanan The Orchard ilə  çatdırılma müqavilələri imzaladı.( “Fiziki albomun hələ də sayıldığını inanıram və bütün dünyadakı fanlarımızla əlaqə qurmağımız üçün çox vacibdir”– Rap Monster dedi) Eyni zamanda dünya qrafiklərdə ön sıralarda olan Major Lazer, Halsey, Charli XCX kimi sənətçilərlə görüşüblər. (“Bəlkə,bu 6-cı hissimdir,amma məncə,bir gün daha da maraqlı sənətçilərlə əməkdaşlıq edə biləcəyik”-əlavə etdi) Hətta  “Love Yourself: Her” albomu üçün minus yaratmaq məqsədilə The Chainsmokers ilə bir yerdə oldular.

Gələcək həftə Billboard 200 qrafikində bir partlayışa səbəb olacaqmış kimi görününən, çox güclü şəkildə hazırlanan alboma qulaq asmaq lazımdır– həmin sevda güclü mahnı “DNA”dan, sosial şərhləri özündə cəmləyən “Go,Go” mahnısından və sanki üzvlərin şəxsi gündəliklərindən çıxmış sözlər və anlardan hiss edilir. Həmçinin bu mahnılar haqqında danışarkən Rap Monsterın səsində çoxlu istək hiss olunurdu,sanki beynində qrupunun irəli fikirləşilən EDM,hip hop və pop mahnılarındakı mesajı və böyük rəsmi gözünün qabağında canlandırırdı.

Billboardın Rap Monsterla “Love Yourself Her”ın dərin analizi ilə tanış olun~

Gəlin,ilk “Serendipity” ilə başlayaq.Nə üçün bu mahnı giriş mahnı kimi yeni era üçün ən yaxşı seçim idi?

RM: “Serendipity”in sözləri,melodiyası və ilk teması üzərində işləyəndə kaliko (3 rəngli) pişik,insanların həyatında qeyri-adi mənalara sahib şeylər kimi həyatda nadirən tapılan, xüsusi bir şey gətirməyə çalışdım. Bu anı paylaşmaq istədim.

Mahnı sözlərini oxuduğumda xüsusi bir cins qeydə alınmadığını gördüm, bu da güclü bir şeydir,məncə. Təsadüfi bir qərar idi?

RM: Mahnı sözləri həyatda olan nadir və xüsusi olan şeylərə əsaslanır. Buna görə bu hisslərin cins,mədəniyyət və insanlar arasındakı sərhədi aşdığını hiss edirəm. Biz həmişə mahnı yayımlanmamışdan əvvəl giriş mahnısını yayımlayırıq, giriş mahnı bu albomun konseptini izah etmək üçün çıxarılır. Ancaq “Serendipity”  tamamilə əsas mahnımız olan “DNA” üçün düzgün seçim idi. Əsas mahnı kainatda DNAlarımızın necə bağlandığı haqqındadır, mənə görə bu mahnı albom üçün düzgün hissləri aşılayır.

“DNA” haqqında danışaq. Bu mahnı BTSin hekayəsini necə irəli aparır və davam etdirir?

RM: Əsas mahnımıza gəldikdə “DNA” gənc və istək dolu sevgini ifadə edir. Sözlər belədir: “Biz 2miz talelərimiz sayəsində başlanğıcdan birləşdik. DNAlarımız təkdir.” Eyni zamanda “DNA” BTSi yeni bir tərəfə aparır. Yeni perspektivlər tətbiq etməyə çalışdıq — Əgər mahnıya qulaq assanız,nə deməyə çalışdığımı başa düşəcəksiniz–Əvvəlki musiqilərimizdən həm teknik,həm də musiqi cəhətdən çox fərqlidir. Karyeramızın 2-ci fəslinə dönüş, yeni fəslimizin başlanğıcı olacağını fikirləşirəm.

“Best of me” çox təsirli mahnıdır. The Chainsmokersin musiqiləri kimi səslənir,amma BTS də hiss olunur. Yeni sənətçilərlə əməkdaşlıq edərkən özünüzü itirməmisiniz. Proses necə getdi?

RM:  Bu mahnını sevirəm! Onlarla BBMAda qarşılaşdıq,çox şanslı idik. Əslində keçən gün bizi konsertlərinə dəvət etdilər. Seulda böyük konsertləri vardı və birlikdə “Closer” oxuduq. “Best of me” üçün aylar əvvəl bizə bir neçə minus və nümunələr vermişdilər, biz produserlərimizlə birlikdə “Yaxşı,bu növbəti albomumuza uyğundur” deyib birin seçdik.Beləliklə,üzərində işlədik və onlara göndərdik. Düzlətdiyimiz musiqi haqqında fikirlərini soruşduq. Və tamamladıq~ Bunun üçün çox həyəcanlıyam. (gülür)

Albomlarınızda hər zaman dərin sosial və cəmiyyət problemləri ilə bağlı şərhlər öz əksini tapır. Burda işıqlandırılan mövzulardan bir neçəsi haqqında danışaq. İlk ağla dərhal “Go,Go” gəlir.

RM: “Go,Go” trend olan bir mahnıdır,amma bu mahnı günümüzün gənc nəslinin sahib olduğu aşağı səviyyəli ümidlər və standartlarla həyatlarını necə yaşamasından bəhs edir,buna görə reallığa görə pərişan olurlar. Çox az ümidləri var və maddi çətinlikləri çoxdur. Bu haqda bir şeylər demək istədik və dünyaya bütün bunların onların günahı olmadığını,yalnız insanları gələcək yoxmuş kimi pul xərcləyib yaşamağa məcbur edən zalım həqiqətin olduğunu vurğulamaq istədik.

Koreyada “YOLO” (sadəcə bir dəfə yaşayırsan) gənclər arasında böyük bir açar sözə çevrildi,çünki pulumuz yoxdur və çox pul qazanmaq üçün bir şans əldə etmək də çox çətindir. Məncə,cəmiyyətin gənclər üçün çoxlu problemi var. Gənclər oyun mərkəzlərində maşınlara pulların xərcləyir, həmin oyuncaqları qazanmaq üçün 30 dolların xərcləyir,amma daha sonra “Oh! bütün pulumu xərclədim..lənətə gəlsin,amma təəssüflənmirəm” deyir.  Bu,koreyalı gənclər üçün böyük dəbdəbə sayılır: aksesualar, kosmetik vasitələri yığmaq. Onların dəbdəbə dedikləri şey budur. Bu, onlar üçün “YOLO”dur, çünki “Hamısın alacam! Bütün yeməyi alacam və yeyəcəm! Bunu edəcəm!”-deyirlər. Məncə, edə biləcəklərimizin bunlarla məhdudlaşdırılması çox üzücüdür. “Go,Go”da belə deyilir:” Yaxşı,sadəcə bunu et,təəssüflənməyəcəyik. Sadəcə  oyuncaqv maşınlarında yüzlüklər xərclə və yemək ye!” Amma eyni zamanda bu mahnı birlikdə oxumaq üçün asandır. Məncə,çox insan bu mahnını bəyənəcək, xüsusilə də əsl mənanı tapdıqlarında.

Əlbəttə ki, BBMAdakı qəbul nitqini skit etməyiniz haqqında da danışmalıyıq.

RM: “Mic Drop”a qulaq asmalısınız, çünki skit mənim BBMAdakı nitqimdən ibarətdir–tariximizdən ən böyük an idi–və ondan sonra “Mic Drop”ı yerləşdirmişik. Skitin yanında yerləşdirdik, çünki biraz lovğalıq kimidir– “Yaxşı,biz etdik. Nəsə haqqında fikirləşməyimizə ehtiyac yoxdur artıq” kimi. Bu albomumuz üçün tam düzgün olan skit və onu izləyən mahnı idi.

Sonuncu mahnı “Outro:Her”  mənimlə söhbət edir sanki. Bir gündəliyi oxuyurmuş kimi hiss edirdim. 

RM: Ha! (Gülür)

Sizinlə danışdıqdan sonra bütün albomu yekunlaşdırırmış kimi hiss etdirir və çox açıqlayıcıdır.

RM: Məncə,bu albom üçün etdim ən tez hazır olan işimdir. Bəndi 20 dəqiqə içində bitirdim. Sadəcə biranda qəlbimin dərinliklərindən gəldi. Fikirləşdim ki, bu albomunun son mahnısı üçün düzgün seçimdir,çünki həqiqətən emosiyaların sıralanmasıdır sanki. -Öz hissəmdə:”Həqiqətən sevdiyim insanla qarşılaşdım,bu insan halhazırda həyatımın sevgisidir”-deyirəm. “Çaşıb qalmışdım və sevgini axtarırdım və bu dünya mürəkkəbdir. Amma məncə, sənsən,buna görə səni “O” kimi çağırıram,çünki göz yaşımsan.”, “Məncə,sən başlanğıcım və sonumsan.”  Dediklərim bunlardır: Sən mənim heyrətimsən,amma həm də cavablarımsan, Səni “O” kimi çağırıram,amma hələ də göz yaşısan.

Nəqarət hissə sevginin təkcə xoşbəxtliklə bağlı olmadığını, təkcə əyləncə ilə bağlı olmadığını, zövqlə bağlı olmadığını deyir.Əgər birini sevmək istəyirsənsə,onda göz yaşlarının olacağını və hətta içdən nifrət edilə biləcəyini bilməlisən. Məncə,bir sevgi həqiqətən bunların hamısını əhatə edir. Deməyə çalışdığım bu idi. Mürəkkəbdir.

Və fanlar fiziki albomu alacaq qədər şanslıdırlarsa, 2 gizli mahnıya qulaq asa biləcəklər. Niyə onları gizli etmisiniz?

RM:Məncə,gizli olmalarına səbəb  onları başa düşmək üçün BTSin həqiqi fanı olmağın vacibliyidir.Yoxsa,başa düşməyəcəksiniz. Yoxsa belə fikirləşəcəksiniz: “Niyə belə şeylər haqqında fikirləri qarışıqdır?  Yaxşıdırlar? Bir neçə yerdə NO 1-dirlər Çoxlu heyətlə işləyirlər,niyə narahatdırlar?” İnsanlar həmişə bu haqda danışır. Amma əgər siz BTSin həqiqi fanlarısınızsa,albomu alıb 2 gizli mahnıya qulaq asın– Əgər ARMYsinizsə,2013,2014dən birlikdəyiksə, bizi başa düşə bilərsiniz. Bu daha çox xüsusi,daha çox yaxın və qəlbimizdən gələn bir şeydir…

 

Source: http://www.billboard.com/amp/articles/columns/k-town/7966098/bts-love-yourself-her-album-rap-monster-interview-analysis-meaning

(20092017) BTS Rap Monster’ın BEATS1 müsahibəsi

-Necəsən,Rap Monster?

RM: Yaxşı,bəs siz?

-Adın niyə Rap Monsterdır? Danış mənə

RM: O vaxtlar 16 yaşım vardı və çox gənc idim. Öz musiqisini yazan-bəstələyən bir repper olmaq istəyirdim,tək xəyalım bu idi. Dostlarımın mənə verdiyi ləqəblərdən biri Rap Monster idi, bu ləqəbin havalı olduğunu fikirləşirdim və bu ləqəblə dünyaya nə olacağımı demək istədim. Amma artıq böyük adam oldum və məncə,istifadə etmək biraz həddin artıqdır deyə fikirləşirəm. Buna görə digər səhnə adım olan RM qısaltmasın istifadə edirəm.

-Düzdür. Replərini və gözəl musiqini davam etdirdikcə insanlar sevəcək. Ona görə hansı ilə davam etməyi seçsən,səni yenə dəstəkləyəcəyik BEATS1 kimi.

RM: Təşəkkür edirəm

-İndi yayımladığınız album mini albumdur?

RM: Bəli,onu Koreyada mini album adlandırırıq. 13-14 mahnıdan ibarət albumlarla müqayisədə mini album deyirik, mini albumlar 9-10 mahnıdan ibarət olur.

-BTS 5-ci studio albumu çıxardı. Amerikada isə 2-ci album və bu mini album. Bu yeni layihənin konsepti nədir?

RM: Albumun konsepti sevgidən bəhs edir,amma sadəcə qadın-kişi arasında olan sevgidən yox,bütün sevgi növlərini əhatə edir. Bu albumda insanların sevgi haqqında nə fikirləşdikləri haqqında danışmağa çalışdıq. Yəni tamamilə sevgi ilə bağlıdır.

-Albumda əməkdaşlıq etdiyiniz oldu mu?

RM: Chainsmokers bizə bir minus verdi. May ayında Billboard Musiqi Mükafatlarında iştirakımız və görüşməyimizlə başladı. Hal-hazırda nömrə bir DJ onlardır,buna görə bəzi minuslar verdilər və arasında biri çox maraqlı gəldi. Adı “Best of me” idi.

-Buna görə Billboarda ikən bir studioda işlədiniz,yoxsa sizə göndərdilər və ya Koreyada üzərində işlədiniz? Necə baş verdi?

RM: Birlikdə etməyi çox istəmişdik,amma aradakı uzun məsafə mane olurdu və çox məşğul idik deyə minusları bizə göndərdilər və bizdə səsyazmasın etdik.

-Eyni zamanda BTS haqqında danışmaq istəyirəm, Koreyada çox məşhursunuz

RM: Təşəkkürlər

-Uğurlarınıza çox sevinirik, biz- BEATS1’a çoxlu mahnı verirsiniz və Apple Music’də bizimlə işlədiyiniz üçün təşəkkür edirik. Hər yeni mahnınız çıxdığında Koreyada yayım etmək və fanlarlarla əlaqə qurmaq bizim üçün bir şərəfdir, çox minnətdarıq.

RM: Biz də çox minnətdarıq, gözəl sözləriniz üçün təşəkkürlər

-Koreyada görüşməyi ümid edirəm

RM: Əlbəttə ki

-Rap Monster, bizi “DNA” ilə tanış et

RM: Mahnı həqiqi sevgi ilə qarşılasan insanların necə hiss etməsi və tale ilə,insanların necə bir-birləri üçün yaradıldığı ilə bağlıdır. Hər şeydən ilham aldıq,hər sətrində müxtəlif təcrübələr var.

-Rap Monster, Koreyada indi sənə qulaq asan fanlarına bir şeylər de

RM: (əvvəl koreyaca danışır, daha sonra əlavə ediləcək)Dünyanın hər tərəfindən qazandığımız sevgi və dəstəyə görə təşəkkür edirik. Hər ölkəyə gələcəyik və əlbəttə ki,yaxında New York’a da gələcəyik. Buna görə bizi və növbəti albumuzu gözləyin~ Çox sağolun

 

 

 

2017 Oktyabr BTS’in CREA yapon jurnal ilə müsahibəsi (tərcümə+ şəkillər)

Bu dəfə sizin üçün BTS’in “Crea” yapon jurnalındakı müsahibəsin tərcümə etdik~ Xoş oxumalar~

Üzvlərin şəxsi profilləri~

Jin:  1992-ci il dekabrın 4-də Anyang, Gyeonggi-do’da dünyaya gəlib. Boyu 1.79 smdir. Jin bütün üzvlərin “Jin hyung” kimi səsləndiyi ən böyük üzvdür. Hamı “Jin hyung”un zarafat tərzinin yaxşı olması ilə bağlı eyni fikirləşir. ( Jimin və V  çoxlu köhnəlmiş zarafatlar etdiyini dediyində Jin bunu danmır) Həmçinin Jin təbiətdə sağ qalma proqramında iştirak edib. Yemək bişirməyi və yeməyi sevdiyinə görə üzvlərə yemək bişirmək onun üzərindədir. Çəkiliş zamanları üzvlərə masaj edərək böyük qardaş tərəfini göstərib. Rap Monster Jin’in “İ need You” mahnısında “The Sky is blue” hissəsini oxumasını məsləhət görmüşdü, fikrini “Səsi mahnıya çox mükəmməl uyğunlaşır” deməklə açıqladı.

DJDr2elXUAImsmL

 

Suga: 1993-cü il martın 9-da Daeguda anadan olub. Boyu 1.74 smdir. Suga qrupda mahnı yazmaq və bəstələməklə məşğulsur və eyni zamanda çıxış etdiklərindən bəri produserliklə də məşğuldur. Çıxışdan əvvəl yeraltından fəal idi. AGUST D adı ilə yayımladığı mixtape FuseTV’in “2016-ın Ən yaxşı Mixtapeləri” siyahısında yer aldı.  Jhope ilə çox yaxşı yola gedir,buna görə fanlar onlara “SOPE” adını verib. Suga “Sope”un “Otsukare Song”u özü hazırlayıb. Rap Monster Suga’ın “İ Need You”dakı hissəsin çox bəyənir, “Hər sözü koreyacadır,amma hara gedərsək gedək hər kəs oxuya bilər o hissəni!” deyə fikirləşir.

DJDr0OqWsAAlfOj

 

Jhope: 1994-cü il fevralın 18-də Gwangjuda anadan olub. Boyu 177smdir. “Başlayaq mı?” deməsilə Jhope çəkiliş ərzində söhbəti idarə etdi. Çıxış etməzdən əvvəl Jhope bir rəqs yarışında böyük mükafat qazanmışdı. Rap Monster onun haqqında “Nə qədər güclü hərəkətlər edirsə etsin,balansını itirmir” deyə fikirləşir. “Hansı mahnı Jhope’ın cazibəsini göstərir?” sualına üzvlər fərqli-fərqli fikirlər dedi. Suga “Wings” , Rap Monster “Blood Sweat and tears”, V isə “Wake up çox yeniləyici! ” dedi. V əziyyət çəkmənin əhəmiyyətini Jhope sayəsində öyrəndiyin dedi. Jhope eyni zamanda Suga hyunga arxalana biləcəyini dedi.

DJDt_8SXYAA6J12

 

Rap Monster: 1994-cü il sentyabrın 12-i İlsan,Gyeonggi-doda anadan olub. Boyu 1.81 smdir. “İnanılan” , “Musiqimizin mərkəzi”, “Möhtəşəm moda tərzi” Rap Monster bir çox tərəfdən üzvlərin hörmət etdiyi bir liderdir. Çıxışlarından bəri mahnı bəstələmə və yazma onun məsuliyyətindədir. Musiqi bacarıqların üçün Suga “Dünya üçün tam fərqli dünyagörüşünə sahib və musiqiyə həssaslığı var”-dedi. Jhope da öz fikri bildirdi: “Eyni yaşda olmağıma baxmayaraq ondan çox öyrənirəm və hörmət edirəm.” Suga Rap Monster’ın HYYH seriyasınən Youth hissəsindəki “Epilogue: Young Forever” rep hissəin məsləhət gördü: “Gəncliyin sehrini bilsək də, irəliləməyimizi deyən güclü repi var” 

DJDr3WKXgAkLzl2

 

Jimin: 1995-ci il oktyabrın 13-ü Busanda doğulub. Boyu 1.73 smdir. Jimin Busan İncəsənət liseyinə sinif birinciliyi ilə daxil ola biləcək qədər bacarıqlı biridir. BTS’ə qatılan son üzvdür. Gündə 3 saat yatıb rəqs məşqləri edir. Hər kəs onun çox işlədiyini deyəndə Jimin “Rap Monster hyungun mahnı hazırlamqdakı zəhmət inanılmazdır” dedi. Rap Monster ” Xüsusilə “Blood Sweat and Tears”dəki Jimin, üzü bir oğlan kimi saflıq var,amma rəqs edərkən üz ifadələri çox cəlbediricidir. Həm saf bir üzə sahib, həm də səhnədə ikən cazibəliyə sahibdir” bu fikri ilə Jimini təriflədi.

DJDsEQ7XYAEnsSl

 

V: 1995-ci il 30 oktyabrda Daeguda anadan olub. Boyu 1.78 smdir. Üzvlərə ” V‘in cazibəsi hansı mahnıda üzə çıxır?” soruşulanda Suga və Rap Monster “Boy in Luvdakı hissəsi” dedilər. Üz ifadələri çoxdur. Aparıcı səhvliklə bir sualı 2 dəfə soruşanda dodaqlarını büzərək: “Bu suala çoxdan cava vermişəm! Küsəcəm indi!”-demişdi. Başqa bir üzvə sual veriləndə birdən:” Hm? Bu suala cavab vermişdim?”-deyə soruşmuşdu. Həm cəzbedici bir gözəlliyə,həm də müdafiəsiz uşaq gülüşünə sahib bu oğlanın canlı şoularda rəngli  performansları başqalarının da diqqətini cəlb edir. Eyni zamanda keçən il aktyor kimi çıxış etdi.

DJDsCNzW4AAO1iZ

 

Jungkook: 1997-ci il sentyabrın 1-də Busanda anadan olub. Boyu 1.78dir. Cəzbedici görünüş,mahnı oxuma,rəqs etmə və şəkil çəkmək kimi bacarıqlara sahib olan, orta məktəbdəykən tək Seula qədər gələn qrupun ən gənc üzvüdür. Həmçinin çıxışdan əvvəl Los Angelesda rəqs dərslərində iştirak edib. Rap Monster son vaxtlar ən gülməli üzvlərin Jin və Jungkook olduğunu dedi. Jimin də “Mən də bu kiçik qardaşımızın şirin və gülməli olduğunu fikirləşirəm” deyərək Jungkooku güldürdü. Rap Monster: “Səsi həddindən artıq gözəldir. Xüsusilə “For You”  mahnısındakı səsini sevirəm”-deyəndə Jungkook utandı. Sadəcə yerində duraraq da bənzərsiz bir aura yaradır.

DJDr4M-XoAEVwmG

 

Reportaj hissəsi:

Musiqi və videolarınının fantazi-axtarışların arxasında gənclərin çarəsizlikləri var. “Sözləri yazarkən diqqətinizi verdiyiniz şeylər nədir?” soruşulanda lider Rap Monster cavabladı: ” Həqiqəti yazmaq. Hamımız musiqi üzərində işləyirik və hər birimizin söz yazma stili fərqlidir, mən yazarkən “əlavə edilməyən bir şey” və “dürüstcə yazmaq” kimi düşünərək yazmağa çalışıram” Onların sonuncu mahnıları daxli emosiyaları çoşduran bədən mayeləri ilə bağlı olan “Blood Sweat and Tears” mahnısıdır. Avqustun 22-nə qədər orijinal koreyaca  “Blood Sweat and Tears” videosu youtubeda 170 milyon izlənmə sayını keçdi. Bu mahnının da daxil olduğu keçən ilin sonunda yayımlanan “Wings” albumunun konsepti “tamahları ilə qarşılaşan gənclik”dir. Albumun yayımlanmasına əlavə olaraq, üzvlər ” Nə qədər tamahınızı rədd etmək çətinləşsə,  bir o qədər çox narahat olub mübarizə aparacaqsınız. Amma yenə də bu iztirab və mübarizələri böyümək kimi fikirləşə bilərsiniz.”-dedi. Şəxsən bəstələyib produserlik edən insanlar kimi onların ifadələri tamamilə gəncliyin səmimiyyəti ilə əlaqədardır. Bu yeddi insanın hekayəsi nağıl kimi deyil, ən aşağılardan uzun bir vaxt ərzində əziyyət çəkiblər. Nəhayət bu il Kanye West və Justin Bieber kimi sənətçilərin olduğu Hiphop Label DEF JAM RECORDİNGS ilə müqavilə imzaladılar. BTS dünyanın izlədiyi “canavar kimi gənclər” oldu.

Rap Monster dedi: “7 ildir ki,birlikdə yaşayırıq. Buna görə fikirləşirəm ki,bir-birimizə olan hörmətimiz qəlblərimizin dərinliklərinə kök salıb. İndiyə kimi üzvlərdən birinin digərinə narahatlıq verdiyi və ya bir problem olmayıb heç. Hamımız oğlanıq,buna görə hər birimiz sadəcə çoxlu dəcəllik edir
/zarafatlaşırıq. (gülür)”

Parlaq bir aura ilə çəkiliş edərkən hər birindən şəxsiyyətləri ilə bağlı müsahibə götürərkən başdan sona qədər təşəbbüskarlıq edən Rap Monster idi. Əhval-ruhiyyəni qaldıran Jhope gülümsəyərək əlavə etdi: ” Yeddimizində şəxsiyyətləri fərqlidir,amma uzun vaxtdır ki,birlikdəyik. Bilirik ki,hər birimiz çox işləyirik,buna görə bir-birimizi tanıya bilirik.” Hər ikisi danışanda ən böyük üzv Jin sakitcə dinləyir və ən kiçikləri Jungkook böyük gözlərlə onlara baxırdı. Onlar mahnı oxuyub rəqs etmirdi,amma video ve səs vasitəsilə belə 7 üzv arasındakı ahəng inanılmaz dərəcədə hiss oluna bilirdi. Təsviredicilər kimi doğulan bu 7 insan bir ürəklə musiqi ilə üz-üzə gəlir. Onlarla bağlı aydın olan şey odur ki,onlar bir möcüzə olduqlarını fikirləşəcək qədər çox nadir və dəyərlidirlər. Yeddisi də canavar qrupdur və təmiz üzləri təəccüblü dərəcədə təvazökar, yaxınlaşmağı asan,təbii,musiqili və fərdi olaraq parlaqlıq göstərir.

<Sözlərlə oynayana qardaşları aşan əlaqələr>

Üzvlərdən kimin moda həvəskarı olduğunu soruşduğumuzda özündən başqa hamı “Rap Monster!” deyə cavabladı. Utanaraq ” Vauu! Təşəkkür edirəm” deyərək qarşılıq verdi və “Jimin və Jhope‘un tərzini bəyənirəm”– dedi. Jhope utanaraq güldü və davam etdi: “Bəyəndiyim geyimləri geyinirəm sadəcə. Bu daha çox özünün məmnunluğudur.” Digər bir sual olan ” Qrupda ən çox aegyo (şirinlik) edın üzv kimdir?” deyə soruşulandan V‘dən başqa hər kəs “V!” deyə qışqırdı. V heç nədən xəbəri yoxmuş kimi öz-özünə səlis yaponca dedi: ” Şirin mi? Elə biri yoxdur ki~!” Bu cavabın özü elə aegyolu idi. Qrup fəaliyyətlərindən kənar Jungkook 24 saat  qrupun oyuncuları kimi V ilə oyun oynadığını dedi. “Oyunlarda kim yaxşıdır?” deyə soruşulanda həmin an V üzgün bir ifadə ilə “Jungkook” deyə cavab verərkən Jungkook sanki bir oyuna başlayırmış kimi “Bu qələbədir! Qələbə!” deyə qışqırdı. Onları izləyən Jhope: “Baxın, hər vəziyyətdə bu ikisi çox səs-küylü üzvlərdir”-deyə güldü.

Digər üzvlər tərəfindən çox çalışqan kimi qəbullanan Jimindir. Çəkimlərə fasilə veriləndə Jimin boş otaqda rəqs hərəkətlərini məqş edir və ya mahnılarını oxuyurdu. Üzvlərin arasında olmayanda da  fasilə verdiyi bir an belə olmurdu.”Jin hyung” ən gülməli üzv kimi seçildi. Jimin‘ə görə: “Zarafatları ilə irəli getmək və əhval-ruhiyyəni yox etməsinə görə mənfi xal qazanır.” Zarafat məsələsi ilə bağlı Rap Monster izah etdi: “Müəyyən vaxtlarda trend olan zarafatlra va,buna görə zarafata gülən insanlar da dəyişə bilər. Hal-hazırda Jin və Jungkook gülməli üzvlərdir.” Jimin birdən-birə : “Bəs mən?”-deyə soruşanda Jin gülərək “Jimin heç də zarafatcıl deyil”– deyərək dandı və  bu adi söhbət onları qardaş kimi göstərirdi. Sanki bir-birilərini həqiqətən sevirlər,amma nə edəcəklərini bilmirlər. Bu aralarındakı sevgi və inam güclü şəkildə hiss edilirdi.

 

<Ən gənc üzv Jungkook‘un otağı tək istifadə etməsinin səbəbi>

7 üzvün birlikdə yaşamağa başlamasından artıq 7 il keçir. Maraqla otaq bölüşməsini soruşduq. Suga dedi: ” Mən və Jin hyung”, V də dedi: ” Rap Monster ilə otaq yoldaşıyam”, Jhope isə ” Jiminlə otaq yoldaşıyam. Jungkook tək qalır və həmin otaq bacada yerləşir.”-dedi. Jungkook tək qalmasının səbəbini izah etdi: ” Öz yerim olmasını sevirəm. Normal şəraitdə səs-küylü biriyəm,buna görə məncə, kimləsə otağı bölüşsəm, həmin üzv çətin vaxtlar keçirər (gülür)”

“Yalnız” sözünü işlətdikdə qrupda prodüser rolu olan Suga musiqi yaradanda yalnız işləməyi üstün tutduğunu dedi. Rap Monster dedi: “Suga hyung həmişə gözləntilərimizin üzərində olan orijinal işlər edir, buna görə mahnı üzərində necə işlədiyi mənə maraqlı gəlir.” Suga havalı şəkildə: ” İş prosesimi digərlərinə göstərməyi sevmirəm. Kimsə yanımda olanda diqqətimi verə bilmirəm.” cavabladı. Onun bu sirli cəhəti onun dahi görünməsi üçün şərait yaradır.

Bütün üzvlər Rap Monster və Suganın “musiqinin mərkəzi” olduğunu dedi. Musiqi ilə bağlı suallarda bu ikisi çox fəal idi. Qrupu izah edərkən Hip Hop onları həmişə izləyən və yapışan bir janrdır. Buna görə anlaşılmaz bir sual soruşduq: “BTS üçün Hip Hop nədir?” Ağzını ilk açan Suga oldu. “Uşaqlığımdan bəri klassik,cazz,hiphopa qulaq asmışam,özümə janr baxımından limit qoymadım,müxtəlif cür musiqilər yaradırdım. Uzun zaman əvvəl musiqinin özünü bəyəndim. Buna görə mənə görə musiqi həmişə təbii olaraq “o yerdə olan” bir şeydir və hətta indi Hiphopla məhdudlaşdırılmaqdan çox sevdiyim musiqi hazırlayırmışam kimi hiss edirəm. Düzü, çöldə biz hiphop qrupuyuq deməyə biraz tərəddüt edirik.Çünki musiqimiz içimizdən gələn bir şeydir. Xüsusi janra bağlı olmadan təmiz “BTS Musiqisi”dir deyə fikirləşərək musiqi yaradırıq.” 

 

<Məqsədlər üçün bir son yoxdur, indilik irəli gedir>

Bu isti replikanı eşidən Rap Monster davam etdi: ” Hal-hazırda musiqimizin tərkibində mahnı oxumaqdan kənar rep və rəqs kimi elementlər var. Video vasitəsilə gözlədiyimiz və konsertlərdə etmək istədiyimiz şeylər var.Hip hopdan başqa musiqinin müxtəlif sahələrində etmək istədiklərimiz var. Görmək istədiyimiz,fanlara göstərmək istədiyimiz hələ də çoxlu şeylər var. Tək bir sahədə parlamaqdansa, daha səylə işləmək və musiqinin bütün sahələrində fəal olmaq istəyirik. Dünyada musiqinin çoxlu janrları var və hamısını əhatə edən bir qrup olmaq istəyirik.” 

Populyarlıq, istedad, güclü istək və orijinallığa sahib olan bir qrup Asiyadan dünyaya gedir… Heç kimin əvvəldən təcrübə etmədiyi nəhəng bi xəyalı izlədiklər bir hekayənin düz mərkəzindədirlər. Rap Monster bunu da dedi: “Bizim hazırki məqsədimiz dünya turumuzu sağ-salamat bitirməkdir. Növbəti hədəfimiz dünya stadium turu həya keçirməkdir. Lakin o nöqtəyə çatsaq da, bu hədəflərimizə nail olacağımız mənasını vermir. Əyləncə dünyasında,məncə,  bir hədəfinizə nail olanda başqası yaranır. Beləliklə, həmçinin necə böyüyəcəyimizi və indidən sonra necə  irəliləyəcəyimizi təxmin edirik. Biz sadəcə bacarığın ən yaxşısına doğru irəliləyirik.” 

Musiqilərinin niyə çoşğulu, amma gözəl olmasının səbəbi “İndiki anı” yandırmalarıdır. Səmimi qəlblər, iztirab və əziyyət. Hamısı “Gənclik” adlanan həyatın özünün parıltısıdır.

 

Tərcümə üçün: ctrİlbeat

[Dispatch] Əgər Bangtanı BBMAda görmüsünüzsə, mübahisələrin mənası yoxdur~

8 Sentyabr,2017 Dispatch məqaləsinin tərcüməsini təqdim edirik~ Xoş oxumalar~

 

Budur, burası “Magenta Xalı” adlanan qırmızı xalça keçididir.

Billboard Musiqi Mükafatlarının girişidir.

BİLLBOARD. Bu sizin asanlıqla əlaqə qura biləcəyiniz bir şey deyil,çünki elə də adi deyil. Düzünü desək, biz “Dispatch”da buna inana bilmirdik.

” Billboard? Nə üçün? Bu bəyəm mümkündür ki? “

Buna inana bilmədikdə, öz gözlərinlər görmək ən yaxşısıdır. ” Gözlərinlə gördüyünə inanarsan” kimi qədim bir məsəl vardır. Buna görə Las Vegası ziyarət etdim. Keçən may ayı idi.

20170907191137_121702538_39

Gördüklərimi sizə çatdıracam. İlk olaraq, bu mənim qulaqlarımla eşitdiyim bir şeydir. Bir çox söz arasında bir Billboard işçisinin bu sözləri çox təsirli idi.

” BBMA Amerikada ən prestijli mükafat mərasimlərindən biridir. Hər kəsi çağırmırıq və hər kəs bura gələ bilməz”

Bu “Billboardun lovğalığı” sayıla bilər. Lakin onun iftixarı möhtəşəmdir. Dünyadakı hər sənətçinin xəyalı Billboarda daxil olmaqdır… Bu ağlabatan bir şeydir.

Ah, onun cavabı BTSin necə dəvət alması sualını cavablamışdı.

20170907191140_121659048_31

Əlbəttə ki, amerikalılar göstərişli şeylərdə dünyanın ən yaxşılarıdır. Buna görə öz gözlərinizlə şahid olmağınız vacibdir. Magenta xalıya getdiyimizdə onların məşhurluqlarını hiss edə bilərdik,elədir?

20170907214144_batch_160419533.jpg

 

Bu andan etibarən Magenta xalısıdır.

 

20170907191143_121604323_7

 

T-mobile Arena ARMY dünyasıdır~

 

20170907204043_batch_16035414220170907191139_121659487_32

 

BTSi dəstəkləyən müxtəlif fanlar vardı.

 

20170907191130_232434b0eceb6f0a429fb5b67f374012

(Əlində sloqanla) Koreyaca “Çox sağolun” yazıb~

20170907204041_batch_160323536.jpg

(Çox sağolun)

20170907214145_batch_160543237.jpg

Bu həqiqətdir. Mərasimdəki fanların 80% BTSin fanları idi. Vin arxasındakı fanların əksəriyyəti ARMY idi. Onlar bura Billboard üçün yox, BTS üçün gəlmişdi. 

20170907214147_batch_160649817.jpg

Beləliklə,gülərək komputerimə bunu qeyd etdim.

“Billboard BTSi xilas etmədi, BTS Billboardu xilas etdi.”

20170907172719_0000030212_007_20170522093531400

Ayın 7-də BTS gündəmə düşdü. Bighitin qanunsuz marketinqlə məşğul olması ilə bağlı sübutlarının olduğunu deyın və 300 wonluq pul tələb edərək Bighiti şantaj edən bir adamın məsələsi idi. Məhkəmə onu şantaj etdiyi üçün 1 illik həbs etdi. Cəzasının 1 illik həbs olmasının səbəbi müştərinin məxfi məlumatlarından pis niyyətlə istifadə etməsi idi.

20170907210914_batch_160012822.jpg

Bu məsələ guhanı olmayan Billboardu da əhatə etdi. Belə bir sual ortaya çıxdı.

“BTS sözü gedən qanunsuz marketinqə görə bu mükafatı qazandı?”

Bu mümkündür mü? Xeyr, mümkün deyil.

20170907180445_22

İlk olaraq, şantajçı BTS ilə 2015-ci ildə bazarlıq edib (?).

Billboardda əsasən namizədləri 2016 mart-2017 mart tarixlərini əhatə edən zaman çərçivəsində seçirlər. Vaxtlar bir-biri ilə uyğunlaşmır.

Onlar qalibləri album satışları,dijital satışlar,radio yayımları,performanslar və sosial şəbəkələrdəki vəziyyətləri nəzərə alaraq  müəyyən edirlər.

20170907191141_121605055_9

Lakin biz şantajçının necə bir marketinq etdiyini bilmirik. Bunun qanunsuz olduğunu dedi,hakim isə bunun qısayol kimi qiymətləndirdi,daha sonra Bighit izah edərək dedi:

“Bu qısayol bir viral marketinqdir”

Viral marketinq belə bir şeydir. Özün üçün “Bu album çox möhtəşəmdir”, “Sənətçimin etibarlı musiqisi” kimi rəylər yazırsan.

Bu sahədə uzun müddətdir mövcud olan bir marketinq növüdür. Təkcə musiqidə deyil, film və moda sahəsində də istifadə edilir,onlar daha pisdir. Bəzi məşhurlar fərdi viral marketinqdən istifadə edir.

20170907172721_0000030274_002_20170522112532456.png

Bighitin viral marketinqdən necə istifadə etdiyin bilmirəm. Amma Billboardı hər hansı bir marketinq növü ilə ala bilməzlər. Billboardun statistika tərəfdaşı açıqca Nielsendır.

20170907180430_23.png

Ən Sosial Sənətçi 2017`də BTS 1-ci yerdə qərarlaşdı.

Mayın 6-a qədər 100 milyondan çox səs topladılar (səsvermənin bitməsinə 15 gün qalmış). Justin Bieber 13 milyon səs qazanmışdı.

20170907214159_121605738_11

Son nəticə? BTS 300 milyonu keçən səsi topladı, Justin Bieber isə sadəcə 23 milyon qazandı. BTS 10 dəfə daha çox bal qazanmışdı.

20170907204040_batch_160242461.jpg

BTS BBMAda qalib gəldi. Bu, kiçildə biləcəyiniz bir qalibiyyət deyil. Bu,marketinqin köməyi ilə və ya pulla alına biləcək bir nailiyyət deyil.  Bunlar Las Vegasda görüb və hiss etdiklərim idi. Dispatch müxbiri Kim Sujinın hesabatı idi.

 

Bighit Entertainment şirkəti və sənətçilərini əhatə edən şantajla bağlı açıqlama paylaşdı (+ fanların reaksiyası, Xsports Media ilə bağlı olan xəbər və BBMA Top Sosial Sənətçi mükafatı)

~For eng: twitter account- jiminishell~

Bighit Entertainment şirkəti və sənətçilərini əhatə edən şantajla bağlı açıqlama paylaşdı (+ fanların reaksiyası, Xsports Media ilə bağlı olan xəbər və BBMA Top Sosial Sənətçi mükafatı)

Bighit Entertainment edilən şantajla bağlı rəsmi açıqlama paylaşdı və eyni zamanda bunu bağlı Xsports Media tərəfindən yayımlanan məqalədə olan səhv fikirlər fanların narazıçılığına səbəb oldu~

Satış və müqavilə hazırlayan bir firmanın sahibi Lee sentyabrın 6-da Seul Mərkəzi Sahə məhkəməsində 1 illik həbs edildi. CEO Lee Bighit Entertainment şirkətinin qeyri-qanuni satış fəaliyyətləri və sənətçilərlə bağlı məlumatları yaymaqla  şantaj etdiyinə görə günahlandırılırdı.

Firmanın mailiyyə problemlərini izləyərək CEO Lee bir mail yollayaraq Bighit’i hədələdi: “Hackləyərək (şirkətin məlumat bazasına qanunsuz daxil olaraq) sənətçiləriniz üçün etdiyiniz qanunsuz satışlarla bağlı məlumatlar əldə etdim. Əgər 330 milyon won göndərməsəniz,bunu mediayaya yollayacam və mesaj vasitəsilə ilə yayacam”

Əvvəlki məqalələr Bİghit’in həmin məbləği CEO Lee’ə ödədiyini bəyan etsə də,şirkət şantajçıya pul verməyib.

Şirkət bununla bağlı açıqlama verdi: ” Lee’ə verilən məbləğ ilk əvvəl sənətçilərimizin imici qorumaq üçün hədələnən şirkət işçisi tərəfindən şəxsi atılan bir addım idi. Şirkətin özü şantaj edən şəxsə heç vaxt pul ödəməyib”

Bighit rəsmi açıqlamada bildirdi: ” Lee’in 2 il əvvəl album satışı və reklam işləri ilə məşğul olması tapşırılmışdı və bu, tək səfərlik bir layihə kimi dayandırıldı. Daha sonra Lee uyğunsuz marketinq sənədlərini tapdığını iddia etdi və bizi şantaj etdi”

Bighit açıqlamağa davam edərək: “Bu vəziyyətdən xəbərdar olduqdan sonra Bighit dərhal Lee’i polisə şikayət etdi və  nəzarətə alındıqdan sonra şantaj,hədə və  fırıldaqçılıq kimi ittihamlarla 1 illik həbs cəzası aldı. Bighit və sənətçiləri şantajların qurbanıdır. Bighit xarici şirkətlərlə qanuni əlaqələri olan şəffaf bir şirkətdir. Bütün müqavilə və mənbələr qeydə alınmış standartlar əsasında idarə edilir.

Bighit eyni zamanda BTS və ARMY’dən də bu vəziyyətə görə üzr istəyib: ” Bunun yenidən təkrarlanmaması üçün biznes əməkdaşlarımız və müqavilə partnerlərimizi diqqətlə idarə etmək üçün hər şey edəcəyik.”

 

Bu xəbər yayımlandıqdan sonra Xsports Newsdan jurnalist Jeon Won BTS haqqında olan məqaləsi fanların qəzəbinə səbəb oldu. 

Sentybarın 6-ı jurnalist Jeon Won Bighit Entertainmenti əhatə edən şantajla bağlı bir məqalə paylaşdı. Şirkətin qanunsuz satışla bağlı fəaliyyətlərinə aid informasiyanı yayacağı ilə bağlı hədələyən satış üzrə fəaliyyət göstərən firma sahibi Lee tərəfindən şantaj edildiyi ortaya çıxdı.

bts_1504708690_Screen_Shot_2017-09-06_at_10.37.57_AM

Həmin məqalənin sonunda jurnalist Jeon Won “2017 Billboard Music Award”də BTSin qalibiyyəti ilə bağlı fikir irəli sürdü:

“Qanunsuz satış fəaliyyətləri ilə bağlı günahlandırmalar BTSin “Top Sosial Sənətçi” mükafatı şübhə yaradır. Mükafatın qalibi həştəqlə olan səslər ilə təyin edilir və BTS 300 milyondan çox səs əldə etmişdi. Əgər satış (səs artırmaq üçün) yarı-zamanlı işçilər tərəfindən edilibsə,onda BTSin bu mükafatı geri qaytarması daha ədalətli olar”

bts_1504707888_Screen_Shot_2017-09-06_at_10.24.36_AM

Bütün dünyadakı ARMYlər jurnalist Jeon Wonun hiyləgərliklə bağlı ittihamlarına qarşı qəzəbləndilər. Fanlar bunu bağlı rəylər yazdılar: “BTSin BBMAdəki qalibiyyətindən şübhələnən yalnız sənsən. Bizim fədakarlığımı alçaltdın” , “Hər gün BTSə BBMA üçün səs verərkən əllərim tutulurdu. BTS/ARMYə sataşma” , “İftira olduğundan bu məqalə silinsə,daha yaxşı olar”

Bu məqalə ilə bağlı təkcə ARMYlər deyil,həmçinin BBMAdə səs verən digər fanlar da öz fikrini bildirirək,məqalənin silinməsin tələb edib. Bunun bağlı fanlar #엑스포츠_전원기자_사과해 (#Xportsnews_reporter Jeonwon_apologize)  / #Xsportsnews_jurnalistiJeonwon_üzristə həştəqini dünya gündəminə 1-ci sıradan daxil etdilər~

bts_1504708893_Screen_Shot_2017-09-06_at_10.21.59_AM

Bu məqalənin yaratdığı xaosa görə fanlar billboard jurnalistlərinə bildidi və Billboard Jurnalisti Tamar Hermen şübhələri aradan qaldırmaq üçün paylaşım etdi:

“Billboard Musiqi Mükafatlarının namizədləri fanların musiqiyə qarşı münasibətləri, album və dijital mahnı satışları, izlənmə sayı,radioda istifadəsi və sosial şəbəkələrdəki fəaliyyətlərinə əsaslanır. Bunlar Billboard  və Nielsen Music,Next Big Sound kimi partnerlərin birgə fəaliyyəti əsasında illik hesablanır. Mükafatların verilməsi 2016-cı il Martından 2017-ci il Martına qədərki məlumatlara əsaslanır.”

Xsports jurnalistinin yayımladığı məqalənin yayılmasından sonra fanlar üzr tələb etdilər və bugün 7 sentyabr günorta radələrində Xsports CEOsu paylaşım etdi:

” BTS ilə əlaqədar olan məqaləyə görə üzr istəyirik

Xsports News 6 sentyabr saat 14:30 (Bakı saatına uyğun)da BTS ilə bağlı məqalə yayımladı.

Bu məqaləyə jurnalistin rəyini əhatə edən bir abzas daxil idi və tərkibində bir neçə problem olduğuna görə təqribən 15:15 (Bakı saatı)də internet saytımızdan silindi.

BTS və fanlarının əməklərini alçaldan ittihamlarla yanaşı anlaşmazlıqlar da vardı və bu saxta ittihamlara görə sənətçiləri və fanları incitdiyimiz üçün həqiqətən üzr istəyirik.

Məqalədə hallandırılan sənətçi və fanların zəhmətini alçaltmaq üçün heç bir məqsədimiz yox idi. Amma nəticə olaraq, sənətçi və fanları incitdiyimiz üçün üzr istəyirik. 

Bu problemi dərs kimi qəbullanıb bundan sonra daha doğru və balanslı məqalələr paylaşacağıq. 

Xsportsmedia

CEO Sang Kyu Woo “

Üzr məktubu paylaşılmasına baxmayaraq fanlar həmin məqaləni yazan jurnalist Jeon Won’dan birbaşa üzr tələb edirlər.

DJG_lOwUIAAX8LM

 

Cr to allkpop, soompi, jjimvely