SK Telekom müsahibəsi: “Birdən BTS Aİ ( süni zəka/ağıllı telefon)lə rep yarışı etsə?” (18082017)

“Birdən BTS Aİ ( süni zəka/ağıllı telefon)lə rep yarışı etsə?” – SK telekom reklam çəkimləri keçirilən yerdə gözlənilməz müsahibə~

 

NYT,TİME və Rolling Stone kimi qlobal media səhifələrindən sonra bütün diqqətləri özlərinə çəkən BTS ilə görüşdüm. Mayda BBMAda “Top Sosial Sənətçi” mükafatını qazanmaqla öz məşhurluqlarını sübut etdilər. SK Telekom  reklam çəkimlərində suallarımı verərək onlarla söhbət etdim.

<Necə keçir?>

Sual: 2 ildir ki, SK Telekomun modellərisiniz. Sizin üçün necədir?

V: Əzəldən həmişə telefonlarımı SKTdən alıram. Bir model olmaq mənim üçün zövq verir.

Jin: Məşhur daşıyıcılardan biri ilə işləmək mənim üçün bir qürurdur.Ailəm 10 ildir ki, SKTdən istifadə edir. Hələ də yaxşıdır.

Jungkook: Bir müddətdir ki, SKTləyəm. 2 il modellikdən sonra demək olar,SKTin üzü olduğumu  hiss edirəm.

방탄소년단인터뷰_2

 

Sual: Son dəfə NYT jurnalının hazırladığı “amerikalıların favori sənətçiləri” siyahısında tək koreyalı olaraq daxil olmusunuz. Təbriklər~!

Jin: Bu həqiqətən bizim üçün bir qürurdur. Bu təkcə amerikalı ARMYlər sayəsində deyil,həm də dünyadakı ARMYlərə görə mümkün olduğunu inanıram,sizi sevirəm!

Jhope: Hələ də buna inana bilmirəm. Amerikadan böyük sevgi qazandığımızı hiss edə bilirəm. Həmişə fanlarımıza minnətdarıq.

Suga: Hələ də təccüblənirəm və qeyri-realmış kimi hiss etdirir. Bizi sevən ARMYlərə görə bu mümkün oldu.

 

 

Sual: Son vaxtlar tez-tez hansı sənətçinin musiqisinə qulaq asırsınız?

Rap Monster: Vic Mensa,Mura Masa,Lianne La Havs`a daha çox qulaq asıram.

Jin: Julia Michaels

V: Bruno Mars`a geri qayıtdım.

Jhope: Vince Staples

Jungkook: Tək bir sənətçinin mahnılarından çox müxtəlif musiqiləri dinləməyə çalışıram.

Jimin: Zayn`a qulaq asıram

 

<Mobil telefonla BTSin həyatını gözdən keçiririk>

방탄소년단인터뷰_3

Sual: Xarici ölkələrdəki proqramlarınızda məşğul olmalısınız. Rominq xidmətindən istidafə edirsiniz?

Jin: Xaricdə çoxlu proqramlarımız var, buna görə adətən avtomatik rominq xidməti üçün qeydiyyatdan keçirəm. Bir müddət əvvəl proqramım üçün xaricə getmişdim. İşçilər mənə artıq (rominq xidmətindən) istidafə etdiyimi dediklərində təəccüblənmişdim.Yadımdan çıxmışdı.

 

Sual: Ağıllı telefondan tez-tez istifadə edirsiniz? Ən çox hansı funksiyalarını istifadə edirsiniz? 

V: Telefonla çox şey edirəm. Zəng edirəm, çoxlu mesaj yazıram, mənzərə şəkilləri çəkirəm,gündəlik mahnılara qulaq asıram və sosial hesablar üçün istifadə edirəm. Onsuz yaşaya bilmərəm.

Jimin: Videolara baxıram və musiqiyə qulaq asıram. Həmçinin digərləri ilə əlaqə saxlamaq üçün istifadə edirəm.

 

<BTS üçün xoşbəxtlik nədir?>

방탄소년단인터뷰_4

Sual: Bir sənətçi kimi ən xoşbəxt an nə vaxt idi?

Rap Monster: İlk Olimpik Gimnastik Arenadakı konsertimiz. Həmin günü o canlılıqla xatılaya bilirəm.

V: Bəli. Ancaq bizim üçün olduğu və ilk konsertimiz olduğu üçün çox qürurlu hiss edirdim.

Jhope: Konsertdə çoxlu tamaşaçının qarşısında oxuduğumda çox xoşbəxt oluram.

Jungkook: Hmm…Çıxışımızdan bəri çoxlu xoşbəxt anımız olduğu üçün birini seçə bilmirəm. Fanların orda olması məni daha çox xoşbəxt edir.

Jin: Fanların qarşısında performans göstərdiyim hər an.Hisslərim daha da böyüyəndə ağlamaq dərəcəsində oluram. Çox xoşbəxtəm.

Suga: Mən də. Konsert etdiyimiz hər an yaşadığımı hiss edirəm.

Jimin: Konsertdə bizi dəstəkləyən fanlarla görüşdüyüm hər an

Rap Monster: Xoşbəxtliyin böyük bir şeydən daha çox  özünüzü digərləri ilə müqayisə etməmək kimi kiçik vərdişlərdən başladığına inanıram.Həmçinin istədiyinizi biraz daha çox həsr edin və inandığınız taleyinizə biraz daha çox verin. Hər kəs xoşbəxt olmazdı mı?

Jhope: Oh, Rap Monsterla eyni fikirləşirəm. Əgər özünüzü sevir və özünüzdən məmnunsunuzsa,bu böyük xoşbəxtlikdir. Millət,hər birimizin arzularına nail olmaq üçün biraz ümid və sevdaya sahib olaq!

 

<Birdən Aİ (süni zəka) sizi rep yarışını dəvət etsə?>

방탄소년단인터뷰_5

Sual: Süni Zəka 4-cü sənayə inqilabının təmsiledən bir texnologiya olaraq diqqətləri cəlb edir.Xaricdə Süni Zəka artıq insan kimi mahnı bəstələmək, əsər yazmaq dərəcəsinə çatıb. Əgər Süni Zəka sizinlə rep yarışı etmək istəsə,nə edərdiniz?

Rap Monster: Hər halda döyüşəcəm!

Jungkook: Diqqətlə fikirləşirəm ki, Rap Monster hyung Aİ`ə qalib gələcək.

Suga: Bu yarışı qəbul etməyəcəm. Aİ`ə necə qalib gələ bilərsiniz ki! *gülür*

방탄소년단인터뷰_6

Sual: Xahiş edirəm, SKTin daimi müştərilərinə son sözlərinizi deyin

Rap Monster: Əziz SKTin daimi müştəriləri! Payız artıq qapıdadır. Ümid edirəm,bu istilik tezliklə bitəcək.Həmişə sağlam qalın!

Jin: Millət, SKTin çoxlu imkanları var. Yaxşı axtarın və azad şəkildə istifadə edin!

V:  SKT üçün hər zaman diqqətinizi göstəməyə davam edin! Biz də sizə daha yaxşı performanslar göstərəcəyik. Bizi gözləyin,zəhmət olmasa.

Jhope: Zəhmət olmasa,BTS və SKTi sevin~

Jungkook: SKT və BTSi sevdiyiniz üçün təşəkkürlər. Daha çoz əyləncəli və fərqli performanslar göstərəcəyik.

Suga: SKT ən yaxşı daşıyıcıdır. Həmişə təşəkkür edirəm.

Jimin: BTS ilə birlikdə SKTə daha çox diqqətcil olun,zəhmət olmasa. Çox sağolun.

 

 

For original post: https://www.sktinsight.com/95626

Thanks to @jiminishell at twitter for english translation

 

 

BTS Wings Konsept kitab-Taehyung’un müsahibəsi~

<Əgər bir gün şansınız gətirsə,necə bir performans sərgiləmək istəyirsiniz?>

V: Həqiqətən,yalnız bunu xəyal edirəm, ancaq bir trubaçalan və ya bir pianistin müşayiəti ilə mahnı oxumaq istəyirəm. Lirik musiqiləri bəyənən biriyəm,buna görə mahnımın məşhur olmasından daha çox digərlərini sağaldan bir mahnı olmasını istəyirəm.

<BTS kimi irəliləməyinizdən uzun müddət keçir,beləliklə,digər üzvlərlə qrup işiniz indi təbii olaraq uyğunlaşmalıdır>

V: Biz cənnətdə (doğulmamışdan əvvəl) uyğunlaşmışıq və çox yaxınıq. 7-miz bir araya gəldikdə ciddi bir şəkildə çox səs-küylü oluruq. Çünki bir mövzu haqqında təxminən 3 saat danışırıq.Suga hyung bildiyi bir mövzu olduqda təəccüblü dərəcədə çox danışır (gülür). Həmçinin şəxsi olaraq üzvlərlə necə ünsiyyət saxlamaq yollarını və onları narahat etməyəcək sərhədi çox yaxşı öyrənmişəm.

<Düşünürəm ki,bu fikirlər haqqında şəxsən danışmayacaqsınız>

V: Düzdür. Əgər bu fürsəti danışmaq üçün istifadə etsəydim,Rap Monster hyunga demək istədiyim çox şey var. İlk olaraq,ona demək istəyirəm ki,BTSi yaratdığı üçün təşəkkür edirəm. Əgər hyung burda olmasaydı,BTS də var olmazdı. Həmçinin liderlik vəzifəsinin öhdəsindən çox yaxşı gəldiyi üçün də təşəkkür edirəm.Düzünü desəm, o sadəcə lider kimi çağırılır,amma adi bir üzv kimi davranır, buna görə Rap Monster hyung fərqlidir. O,təkbaşına pis şeyləri öz öhdəsinə götürməyə və yaxşı şeyləri hər kəslə paylaşmağa çalışır. Hyung bizimlə şirkət arasında bir körpüdür. Görünür,bu şəraitdə çox stressli olub incinir,amma bunu göstərmir. Hamısı ilə özü tək məşğul olur. Mənə görə, o,dünyadakı hər kəsdən ən yaxşısıdır. Əlbəttə,biz yataqxanaya daxil olanda nəyisə qırmağa,yerə salmağa və əşyalarını itirməyə meyilli olur (gülür). Həm də düşünürəm ki,  üzvlərin bir-biri ilə yaxınlıq etməsi,vaxt keçirə bilməsi Rap Monster hyungun yaratdığı atmosferə görədir.

<Artıq daha az zarafat edirsiniz?>

V: Əvvəlkinə müqayisədə tamamilə elədir. Başlanğıcda səhnə və səhnəarxasında hyunglara çox sataşırdım. Amma indi digər insanlarla birlikdə olanda sakit davranmağa çalışıram. Bu imicimi idarə etmək istədiyimdən deyil,daha çox  elə hiss edirəm ki,sanki asan biri olmaq pis bir şeydir.

<Birara həm BTS ilə bağlı fəaliyyətlər,həm də aktyorluq etməli oldunuz>

V: Hər ikisi çox enerji tələb edirdi,beləliklə, bir balans yaratmaq biraz çətin idi. Çünki konsert turunda olarkən “Hwarang”ı çəkməli idim və çəkimlərin ortasında yenidən tur üçün tərk etməli idim. “Drama çəkməyə başlayandan BTS fəaliyyətlərinə qarşı diqqətsiz olub” və ya “BTS fəaliyyətlərinə görə dramanı çətinliklə çəkir” kimi cümlələr heç eşitmək istəmirdim. Sonda heç birin 1 dəfə də olsun eşitmədim. Əgər səhv bir şey etsəydim,bu BTSin imicinə təsir edə bilərdi,buna görə daha səmimi şəkildə işlədim,məncə.

<Amma çox stress keçirmiş olmalısınız>

V: Əlbəttə stress keçirdiyim vaxtlar vardı,amma üzvlər tur proqramlarına görə yorulduğunda mən sadəcə film çəkimlərini bəhanə kimi istifadə edib yorğun olduğumu göstərə bilməzdim. Həmçinin üzvlər mənə çox kömək etdi və nə vaxt məndən “son vaxtlar çətin vaxtlar keçirirsən və ya yorgunsan?” deyə soruşsalar, rahatlamış kimi hiss edirdim. Bu güclə daha çox səylə işlədim. Düzü, fiziki cəhətdən çox problemim yox idi. Əslində çox yatmıram, çox yatmadığım üçün də çox da problem yaranmır.

<Solo mahnın olan “Stigma” üçün hazırlığın necə gedirdi?>

V: Uzun müddətdir ki, etmək istədiyim şey bu mahnı kimi cazz musiqisi yaratmaq idi. “Born to be blue” kimi filmləri  bəyənirəm. Şəxsən özüm bəstələdim və nəqarət üçün sözlər yazdım və ” belə bir hissi olan mahnı yaratmaq istəyirəm.”-dedim. Prodüserlər giriş və keçid yaratmaqla bunu arxa fonda istifadə etdilər.

<Bütün bir mahnını öhdənə götürmək çətin deyildi? >

V: Düzü,mənə görə səhnəyə çıxarmaq çox çətin olacaq. Səhnəni təkbaşıma doldura biləcəyimi fikirləşmirəm. Məncə, daha çox axtarış etməliyəm, hələ də bu ev tapşırığım kimi qalır.

<Səhnədə üzvlərlə birlikdə dayandığınızda,görünür,elə də həyəcanlı olmursunuz>

V: Tez-tez əvvəldən hazırlaşmadığım şeylər etməyə cəhd edirəm,bunun kimi şeylər üçün narahatçılığım yoxdur. Düzü, qurulmuş bir şeyi xoşlamıram,buna görə bir ssenari və ya planlanmış bir şey olduqda daha çox həyəcanlı oluram. Eyni zamanda “Blood Sweat and Tears” performanslarını mümkün qədər öldürücü cazibə və cəlbedici baxışlarla etmək lazım olduğunu fikirləşərək etdim. Sadəcə belə etdim. Bu hiss etdiklərim idi (gülür).

<Yaxşı işlər gördüyünüzü düşünmürsünüz?>

V: (gülür) Xeyr,elə deyil. Bu haqda belə fikirləşirəm: “Ah, insanlar ən azından mənim performanslarıma baxmağı istəməlidirlər.”  Həqiqətən, yaxşı etdiyimi və ya necə etdiyimi bilmirəm,amma performanslarımın hələki hər kəsin qəlbini ala biləcək bir səviyyədə olduğunu fikirləşmirəm.

<Çox təvazökar deyilsiniz mi?>
V: Performanslarıma qarşı çox həssasam. Bütün üzvlərimiz böyük ehtimal belədir. Özümüzü qiymətləndirəndə sərt olmağımızın lazımlı olduğunu və hər dəfə jestləri, üz ifadələrini dəyişməli olduğumuzu deyirik,amma gözlənildiyi kimi təəssüfləndiyimiz çox hissə olur. Bir səhnəyə tamamilə hakim olmaq gücünü necə inkişaf etdirirsiniz? Mənim üçün maraqlıdır.

<V üçün üzvlər necədir? >

V: Ailə? Çünki həmişə yanımdadırlar. Həmişə mənə kömək edən,məni dəstəkləyən və məni izləyən onlardır. Həmçinin mənim haqqımda ən kiçik detalları belə bilirlər və bəzən onları valideynlərim kimi görürəm. Böyük ehtimal üzvlər bunu bilmir (belə düşündüyümü).

<Rap Monster sizin üçün nə ifadə edir?>

V: Düzünü desəm,hyungu yoran bir çox şey edirəm,məncə. Bundan sonra daha diqqətli olmalıyam. Əgər indi səhv bir şey deyərək tək bir yanlış etsəm,cəmiyyət tərəfindən asanlıqla qəbul olunmayacam.

<Bu, fanlarını məyus etmək istəmədiyin mənasına gəlir?>

V: Düzdür. Bir ağacın bar verməsi uzun vaxt alır. Sən daima onu sulamalı,yanında durmalı, qayğısına qalmalı və sevginlə onu becərməlisən. Bu yolla yaxşı böyüyən bir ağac ola bilər. Çıxış etdiyimizdə bu qədər fanın bizi sevə biləcəyini fikirləşməmişdim. Amma bizim üçün çoxlu səs verdilər,dəstək mesajları yolladılar, məktub yazdılar.Qəlblərdən gələn bu kiçik hissəçiklərin hər biri birləşərək BTS ağacını yetişdirdi.Məncə, onlara təşəkkür etmək üçün  yaxşı musiqilər yarada bilərik,yaxşı performanslar göstərə və yaxşı imiç yarada bilərik. Sanki qızıl meyvələr ilə çox gözəl bir ağac yetişib. Biz fanlara vermək üçün daha da yaxşı meyvə yığmaq istəyirik. Gedərək daha da böyüyən ağacı göstərmək istəyirik.

<Fanlar sayəsində daha aydınlaşan hədəflərinizi deməlisiniz>

V: ARMYlərin qürurlanacağı bir müğənni olmaq istəyirəm. Harasa getdiklərində “Bəyəndiyim sənətçilər BTS-dır” desinlər və onların ətrafındakılar isə “wow” etsinlər. Belə bir sənətçi olmaq istəyirəm.

<Artıq belə deyil ki?>

V: Daha çox işləmək istəyirəm. Xəyallarımız böyükdür (gülür).

 

 

 

Əvvəlki: Jimin’in müsahibəsi üçün

BTS Wings Konsept kitab- Jimin’in müsahibəsi~