[Səkkizinci hekayə] Dilə gətirilməmiş həqiqət

Düzünü desəm, çox varlı bir ailədən gəlmirəm. ABŞ-da təhsil alarkən çox çətin vaxtlardan keçdim. Xarici idim və ingilis dilim səlis deyildi. Elə də gələcəyim yox idi.
Birlikdə İtaliyaya gedəcəyimi söz verdiyimiz gün hava limanında şüşə qapıların arxasında dostumu gözləyərkən yaraşıqlı bir adamla avtobusdan düşərkən gördüm onu. Dərhal özümü gizlətdim. Niyə etdim ki… Mən də bilmirəm… Sadəcə qeyri-iradi olaraq özümü gizlətdim, arxaya çevrilib uzaqlaşdım.

“Bilməli idim. İtaliyaya təkcə mənlə getməyəcəkdi ki. Onun üçün sadəcə heç nədən xəbəri olmayan əlacsız bir xarici idim.”- bu cür hiss etdim.

Dostum mənə zəng etməyə davam edirdi, amma mən zəngi götürmürdüm. Sadəcə hava limanın ayaqyolundakı güzgünün qarşısında tətpənmədən dayanmışdım. Güzgüdəki əksimə boş-boş baxırdım.

Sonra telefonumu söndürdüm və təyyarəyə mindim. Eyni uçuşa bilet aldığımız üçün o da təyyarədə olacaqdı. Amma onu axtarmadım. Onun təyyarədə məni axtarıb tapmasını nə qədər ümid etdiyimi xatırlamıram. Amma təyyarə Atlantik okeanı keçənə qədər, İtaliya səmasına daxil olana qədər və hava limanından çıxana qədər… məni axtarmaq üçün gələn heç kim olmadı.

“La Citta de Smeraldo” mənim üçün həm ağrılı, həm də xoş xatirə kimi qalan bir yerdir. Smeraldo çiçəyi məni ağladacaq qədər gözəl idi. Sonra həmin axşam qəribə bir şey baş verdi. Qaldığım otaqda yatarkən qəribə bir səs məni oyatdı. Yatağım pəncərənin altında idi və elə bil kimsə pəncərəni döyürdü. Otağım ikinci mərtəbədə idi və çöldə sakitlik idi. Gecə yarısını keçəndə pərdələr bağlanmışdı deyə çöl görünmürdü.

Nə qorxdum, nə də ki ürkdüm, amma yenə də qəribə situasiya idi. Pərdəni açıb ikinci mərtəbədəki pəncərəni döyənin kim olduğuna baxmağı fikirləşdim, amma açmamağa qərar verdim. Özümü külək əsdiyi üçün pəncərəyə dəyənin ağacının budağı olduğunu fikirləşərək aldatmağa çalışdım, amma düzü, yenidən yata bilmədim. Səsə qulaq asaraq tərpənmədən uzandım, sanki özümü məcbur edirdim nəyəsə dözmək üçün.

Növbəti gün nahar vaxtı dostumdan zəng gəldi. Xeyr, zəng edən dostumun özü deyildi. Qardaşı olduğunu dedi. Telefonda dostumun hava limanında birinin arxasınca qaçarkən qəza keçirdiyini dedi. Gecə yarısı nəfəs almağı qeyri-stabilləşib və dünyasını dəyişib.

O gün qaldığım yeri tərk edərkən yatağımın yanındakı pəncərəni açdım. Günəş işığının şüaları otağa daxil oldu və uzaqdan Smeraldo güllərinin olduğu yeri görə bilirdim. Güllərə baxarkən, meh üzümə vurarkən qısa bir vaxt ərzində onunla birgə pəncərədən o çiçəklərə baxdığımı hiss etdim.

Amerikada hava limanından evə qayıdanda uzun müddət gözlədiyim arzumun reallaşdığını öyrəndim. Koreyada “The Smeraldo Flower” mağazasının açılması Smeraldo Assosiasiya tərəfindən təsdiq edilmişdi. Smeraldo nadir gül olduğu üçün assosiasiya ölkəxarici satışlara ciddi qayda-qanun qoyurdu. Amma yaxın gələcəyim üçün planladığım müraciət təsdiq edilmişdi. O vaxtdan bəri… Koreyada “The Smeraldo Flower” mağazanı açmaq üç il kimi uzun müddəti əhatə etdi. Amma həmin gün assosiasiyadan gələn xəbərin dostumdan dünyanı tərk etməzdən əvvəl mənə göndərdiyi son ismarıc olduğuna özünü inandırmaq qərarına gəldim.

Beləcə, dostum “dilə gətirilməmiş həqiqəti” çatdırdı və o biri dünyaya getdi. Bu da ilk paylaşımımda bəhs etdiyim Smeraldo ilə aramdakı tale bağı idi.

Original post: “Smeraldo Flower Shop” blog

[Doqquzuncu Hekayə] Bir müddət sonrakı ən sonuncu paylaşım

Son vaxtlar çox məşğul idim, Smeraldo haqda daha çox məlumatlandırıcı şeylər paylaşmaq üsullarını haqqında fikirləşir, gömrük, daşıma üsulları, anbar və s. mağaza açılışı ilə bağlı planlar qururdum.

Ona görə də bir müddət idi ki bloqa daxil ola bilmirdim və hər gün bloquma maraq göstərən ziyarətçilərin sayının artmasını görmək məni çox xoşbəxt etdi.

Bu gün tikinti ərazisinə getdim və təhlükəsizlik qurğularını quraşdırdım. Əslinə qalsa, mağazanın daha çox tamamlanmış halının şəklini paylaşmağı planlayırdım. Amma nahar vaxtı xəbərlərə baxarkən haqqında fikirləşdiyim Smeraldo hekayəsini paylaşmaq istədim.

Keçən dəfə Smeraldo əfsanəsinin sonunu xatırlayırsınızmı? Sənədlərdə qalan Smeraldo hekayəsi adamın kəndə gedərək qadının öldüyün aşikar etməsi ilə qurtarır. Lakin Smeraldo əfsanəsində qeydə alınmayan bir əlavə hekayə də var.

Şimali İtaliyada yayılan rəvayətə görə həmin adam qalaya geri qayıdır və Smeraldo bağını tamamilə yandırır. Alov o qədər böyüyür ki qalanı da ağuşuna alacaq dərəcədə olur. Amma adam qaçıb getmir, son Smeraldo gülü yanana qədər bağda qalır. Alov daha sonra yan evlərə də sıçrayır. Kəndlilər yanğın olduğunu görəndə həmin adam artıq yanmış qalası ilə birgə getmiş olur.

Heç kim həmin adamın hara yoxa çıxdığını bilmirdi. Biri öldüyünü deyirdi, biri isə atasının yanına getdiyini deyirdi. Bəziləri isə kənddə bir yerdə gizləndiyini deyirdi. Əvvəl, insanlar alova səbəb olan adamın harda olduğunu tapmağa çalışdı, amma tapa bilmədilər. Beləliklə, vaxt keçdikcə varlığını belə unutdular.

Daha sonra Florensiyaya qohumuna gedən bir kəndli həmin adamı görür, yanıqlarla örtülmüş üzündəki anlaşılmayan bir ifadə ilə harasa gedirdi.

Bu, sözün əsl mənasında, hardan gəldiyi bilinməyən şifahi çatdırılan bir rəvayətdir və əslində, bu, hekayənin davamı olmaqdansa, sadəcə Smeraldonu özündə hallandıran bir uydurma hekayə də ola bilərdi. Amma bu hekayəni ilk eşidəndə Smeraldo haqqında bir hekayədir deyə fikirləşdim.

Əllərində güllərlə yanan və üzündə sağalmayan bir yara qoyan adam. Kəndə tərk edərək hara gedirdi? Bir məqsədi vardı? Və niyə üzündə anlaşılmaz bir ifadə vardı? Bəlkə, hər şeyini itirdikdən sonra əsl mənliyini başa düşüyü üçün idi.

Gördüyüm xəbər yanğın və ya üzündə yara olan hər hansı adamla əlaqədar deyildi, amma xəbərlərdə o adamı gördüm, onun üzündə Smeraldo əfsanəsindən olan o adamla qəribə bir toqquşma vardı. Üzündəki mürəkkəb və izaholunmaz baxışı gördüyümdə ürəyim ağrıdı. Sanki o adamı hardasa görmüşdüm, amma nə qədər fikirləşsəm də, xatırlaya bilmədim. Detalları bilmirdim, amma o adam da əfsanədəki adamın başa düşdüyü şeyi anlamışdı? Beynimdə belə fikirlər yarandı.

Görünür, son vaxtlar nələr etməyimlə yanaşı, ürəksıxıcı hekayələr haqqında çox danışdım. Mağaza ilə bağlı söhbətə geri qayıtsaq, daxili dizaynı planlandığı kimi irəliləyir, ona görə də, açılış tarixində asanlıqla mağazanı aça biləcəyimi fikirləşirəm. Ümid edirəm, mümkün olduğu qədər tez sizə Smeraldonu göstərə bilərəm.

Növbəti dəfə daha şən hekayə ilə geri qayıdacam. Deyilənə görə, sabah da isti hava şəraiti gözlənilir, ona görə də, istilərə qarşı ehtiyatlı olun!

Original post: “Smeraldo Flower Shop” blog

[Yeddinci hekayə] “Xanım Lenormand” və “Gül kartı”

Fransız rəssamı Jean François Rolland tərəfindən çəkilən “Salonda əyləşən Xanım Lenormand” adlı rəsm əsəri var. Deyilənlərə görə, Xanım Lenormand öz dövrünün fransız astroloqu olub və Napoleon kraliçası Josephine tərəfindən yüksək qiymətləndirilib. (Fransızca oxusanız “Renault” olardı, amma rahat oxunuş üçün onu Lenormand adlandıracam)

Xanım Lenormand Kraliça Josephinenin şəxsi astroloqu olmazdan əvvəl Tarot kartlar vasitəsilə nəcib qadınların talelərini oxumaqla artıq məşhurlaşmış və varlı olmuşdu. Xanımın hazırladığı “Lenormand kahinlik kartı” əhəmiyyətli bir dəstə kimi təsirli oldu. Hətta bu günə qədər bəzi məşhur tarot kart satılan saytlarda “Kahinlik kart dəstəsi” satılır.

Xanım Lenormand

Məşhur bir astroloq kimi Xanım Lenormandın kart tutarkən və ya kart oxuyarkən təsvir edilən bir neçə rəsm əsəri mövcuddur. Üstdəki şəkil onlardan biridir. Lakin əsas diqqət göstərməli olduğumuz üstdəki şəkil deyil, “Salonda əyləşən Xanım Lenormand” adlı rəsm əsəridir.

Fransız rəssamı Jean François Rolland tərəfindən çəkilən “Salonda əyləşən xanım Lenormand” adlı rəsm əsəri zərif toxunuş və lirik atmosferlə xaraterizə edilmiş yağlı boya istifadə edilmiş əsərdir. Amma kolleksiyaçının evində baş verən yanğına görə həmin əsər itmişdi. Yanğının baş verdiyi evin sahibi Napoleonlar ailəsinin hakimiyyəti dövründə yüksək cəmiyyəti təsvir edən əsərləri, bir çox incəsənət nümunələrini kolleksiyasına əlavə etməsi ilə məşhur idi. Yanğın yerində dərhal əsərlər götürülüb yenidən bərpa etmişdilər. Bu proses ərzində bir çox rəsm əsəri və incəsənət nümunəsi bərpa edilmişdi, lakin bədbəxtlikdən, “Salonda əyləşən Xanım Lenormand” əsərinin təkcə kartın göründüyü hissəsi xilas edilmişdi.

Həmin hissə əvvəlki paylaşımda təqdim etdiyim kartın şəkli idi. Üzərində “Gül” yazılan kart, artıq təxmin etdiyiniz kimi, Smeraldodan istifadə edilərək hazırlanan “Ashbless Kartları”-na əlavə edilən kartdır.

Bu da Smeraldo və Ashbless-dən geriyə qalan tək izdir.

Original post: “Smeraldo Flower Shop” blog

[Altıncı hekayə] “Ashbless Kartı”

Sonuncu paylaşıma qədər Smeraldo haqqında hekayələr paylaşdım. Smeraldo haqqında ilk dəfə eşitdiyim “Oyun kartları” konfransını xatırlayırsınızmı? Smeraldo ilə “Oyun kartları” arasında nə kimi əlaqə olduğu sizə maraqlı gəlmirmi? Bu gün sizə həmin kartla əlaqəsi olan adam, Vilyam Ashbless haqqında danışmaq istərdim.

Ashbless haqqında elə də çox məlumat yoxdur. Onun haqqında tək bildiyimiz məlumat onun İtaliyada bir aristokrat və şair olmasıdır. Ashbless həm də 16-cı əsrdə Avropada məşhurlaşmış oyun kartları üçün rəhbər rolu oynayırdı. Məlumata əsasən, oyun yerlərində və qadın salonlarında göstərməyə hazırlaşdığı oyun kartlarını hazırlamağa o qədər fikrini cəmləyib ki xəstəliyə tutulub.

Müalicə üçün şəhərkənarı bir yerə gedir, təmiz hava və isti bulaqlar sayəsində sağlamlığını geri qazanarkən Smeraldo gülünü kəşf edir. Qəsəbənin kənarında yerləşən xarabaya çevrilmiş qalanın həyətində çiçəklənən güllər vardı. Kənd camaatına gülün adını soruşur, amma heç kim adını bilmir. Sonra yaşlı bir qadından güllə əlaqədar sevgi hekayəsini eşidir.

Oyun kartlarına fikrini necə cəmlədiyindən başa düşdüyünüz kimi Ashbless romantik təbiətə sahib biri idi. Çirkin adamla kasıb qadının sevgisi onu kövrəltmişdi. Ashbless həmin gülə ad qoydu və məna verdi. Qəsəbənin adı “La Città di Smeraldo” olduğu üçün gülün adını “Smeraldo” qoydu və mənasını isə “dilə gətirilməmiş həqiqətlər” (non potevo dire la verita)-deyə qeyd etdi. Geri qayıtdıqdan sonra “Gül kartı” yaratdı və “Ashbless Kartları”-na əlavə etdi.

Ön hissəsi “biçmək, çiçəklənmək”, arxa hissəsi isə “məhv etmək, son, yeni başlanğıc” mənalarını əks etdirir.

Bəhs edilən “Gül kartı”

Deyilənə görə, Ashbless kartları Avropada böyük şöhrət qazandı. Lakin həmin kartları artıq xatırlayan çox adam yoxdur. Bunu səbəbi isə o vaxtlar Ashbless ailəsi güclü ailələr arasında gedən güc mübarizəsi nəticəsində məşhurluğunu itirərək tarixdən silinmələri idi. Bununla da, Ashbless kartı və Smeraldo gülünün hekayəsi unuduldu.

Amma bütün gözəl əfsanələrdə olduğu kimi, sadəcə tək bir şey, bütün bu hekayəni əhatə edən bir şey tarixdən silinmədi və arxada qaldı. Beləcə, sevgi hekayəsi və Ashbless-in hekayəsi həyata yenidən qayıtdı. Növbəti paylaşımda həmin hekayəni sizlərlə bölüşəcəm.

Original post: “Smeraldo Flower Shop” blog